Mojo.az Banner
14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |    
Left Banner
Right Banner

Azərbaycanda xəstəxanada həkim döyüldü

04.12.2024 13:54 897
Azərbaycanda xəstəxanada həkim döyüldü
Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dəmir Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə növündə cəza təyin edilib.

İttihama görə, hadisə 22 aprel 2024-cü il tarixdə, saat 13:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

Belə ki, Dəmir Səfərov həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən zərərçəkmiş Mahir Fərəcovun (şərti) ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra o, baş, yumruq və təpiklə Mahir Fərəcovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Nəticədə Dəmir ona qapalı kəllə beyin travması, sol gicgahda hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq edib.

Hadisədən sonra Dəmir Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner