Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır

14.11.2024 19:15 909
COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə hədəfi üçün effektiv mühit yaradır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O, bütün dünyanın Bakıda toplaşdığını xatırladıb:

"196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması konfransın miqyasının və nüfuzunun göstəricisidir. Bir neçə gündür COP29 çərçivəsində səmərəli müzakirələr aparılır".

K.Nurullayeva deyib ki, COP29-dan böyük gözləntilər var:

"Bunlardan biri də 2015-ci ildə imzalanmış Paris razılaşmasının 6-cı maddəsilə əlaqədardır. Belə ki, 9 il əvvəl imzalanmasına, çoxsaylı müzakirələrə baxmayaraq, sənədin karbon bazarlarını əhatə edən 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə vahid mexanizm barədə razılığa gəliblər. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır".

"Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları da iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artırmaqla bağlı açıqlamalar veriblər. Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün Bakıdakı danışıqlar üçün effektiv mühit yaradır", - deputat qeyd edib.

Milli Məclisin üzvü vurğulayıb ki, ötən gün keçirilən kiçik ada dövlətlərinin sammiti də səmərəli müzakirələrlə yadda qaldı:

"Bu tədbirdə bir daha bəyan olundu ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməyə başlayıb. Qoşulmama Hərəkatına sədrliyi dövründə kiçik ada dövlərinə dəstək verən Azərbaycan COP29-un sədri kimi bu dəstəyi davam etdirməkdədir.

Prezident inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan dövlətlərə müraciət edərək ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilmələri üçün kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Rəsmi Bakı COP29-un ev sahibi kimi həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimlər tərəfindən susdurulmasını pisləyir".

Son xəbərlər