Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib

13.11.2024 22:01 855
Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

İqlim dəyişikliyinin fəsadlarının bölgəmizə, dünyamıza təsirinin ölkəmiz tərəfindən də yaxından müşahidə olunduğu, bu xüsusda, tərəfimizdən milli səviyyədə yaşıl enerjiyə keçid yanaşmasının tətbiq edildiyi, habelə regional və qlobal səviyyədə mövcud çağırışlarla mübarizədə çoxtərəfliliyin təşviq olunduğu qeyd edilib.

Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra regional və beynəlxalq layihə və təşəbbüslərdən bəhs olunub, COP29 çərçivəsində bu gün "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı diqqətə çatdırılıb.

COP29 sədrliyimiz və aparılan danışıqlar prosesindən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim maliyyəsi mövzusunun irəlilədilməsi məqsədilə tərəfimizdən aparılan aktiv fəaliyyət nəticəsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə yeni maliyyə strukturuna keçiddə vacib irəliləyişlərin əldə olunduğunu bildirib.

Prezident Filemon Yanq ölkəmizi COP29 sədrliyi münasibətilə təbrik edib, sessiyanın yüksək səviyyədə təşkilatçılığına görə təşəkkür edib. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətinə xüsusi önəm verdiyi və bu sahədə səyləri dəstəkləməyə hər zaman hazır olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner