Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam |
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov Berboku Ermənistanla sülh prosesində fikir ayrılıqları barədə məlumatlandırıb

24.05.2024 21:24 2 379
Ceyhun Bayramov Berboku Ermənistanla sülh prosesində fikir ayrılıqları barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib.

Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində “Petersberq İqlim Dialoqu” formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər