Mojo.az Banner
21:04 Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi  |     20:55 Gənclər artıq avtomobil sahibi olmaq istəmir - Səbəblər açıqlandı  |     20:50 İspaniya nəhəngi Qerranın klubu ilə danışıqlara başladı  |     20:42 Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı - Video  |     20:37 Sabah bağçalara elektron qəbul başlayacaq  |     20:29 “Qəbələ” ötən ay yeni müqavilə imzaladığı futbolçu ilə vidalaşdı  |     20:22 İncəsənət məktəb və mərkəzlərinə qəbulun növbəti mərhələsi başladı  |     20:14 Çətənə kolları yetişdirən şəxs tutuldu  |     20:09 Bu halda ağacların kəsilməsinə icazə veriləcək  |     20:02 Telman Salahov vəfat etdi  |     19:56 Şirvanda 34 min manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı  |     19:50 Azad edilmiş ərazilərdə daha 44 mina aşkarlandı  |     19:43 Sabah Kiyevdə matəm günü elan edilib  |     19:38 Telefon yaşlı insanlarda xəstəlik yaradır  |     19:30 Sabah 37 dərəcə isti olacaq  |     19:24 Neymar hər kəsi kədərləndirdi - Video  |     19:15 Tanınmış aktyor vəfat etdi  |     19:10 Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı  |     19:03 Zaqatalada ağır qəza - Ölən və xəsarət alan var  |     18:55 Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər  |    
Left Banner
Right Banner

ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

08.11.2024 20:19 1 440
ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.

Median.Az
ADY-yə istinadən xəbər verir ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanıb. Belə ki, qatarlar noyabrın 11-dən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan 17 və 24 noyabr tarixlərinə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

Bakı–Ağstafa–Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.скачать dle 11.3
Mojo.az Banner