Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - Dəqiq tarix açıqlandı

06.11.2024 22:23 1 077
Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - Dəqiq tarix açıqlandı
9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı -Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir".

Eyni zamanda, noyabrdın 9-dan avtobuslardan və metrodan istifadə də COP29 tədbirində iştirak hüququ olan şəxslər üçün pulsuz olacaq.

Son xəbərlər