Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı

05.11.2024 17:32 837
Bakıda imtahan vermək
27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda üç nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir:

"Namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib.

Məlum olduğu kimi, mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı iştirakçıların şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır".

Qeyd edilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir:

"Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda - xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb ediliblər".

Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır:

"Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir".скачать dle 11.3
Mojo.az Banner