Mojo.az Banner
12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |     23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:07 Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım  |     21:59 Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO  |     21:53 Mərdəkanda faciə: Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi xilas edildi  |     21:45 Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı  |     21:40 FHN "Shopstore" MMC barəsində protokol yazdı, məhkəmə cərimə kəsdi  |     21:34 Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi  |     21:29 Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?  |    
Left Banner
Right Banner

Leyla Əliyevanın təşəbbüsü ilə "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi keçirilir

23.10.2024 18:42 918
Leyla Əliyevanın təşəbbüsü ilə
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Yer kürəsi uşaqların gözü ilə" adlı beynəlxalq fotomüsabiqə elan edilib. Fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) həsr olunur.

Median.Az
xəbər verir ki, Layihə dünyaşöhrətli fotoqraf, "Reza Visual Academy"nin təsisçisi Reza Deqatinin iştirakı ilə baş tutur.

"Yer kürəsi uşaqların gözü ilə" təkcə fotomüsabiqə deyil, eyni zamanda, gələcək nəslin ətraf mühitə dair maarifləndirmədə və təbliğatda yol göstərməsi üçün fəaliyyət göstərməsinə çağırışdır. Müsabiqəyə dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını fotolar vasitəsilə təqdim etməyə dəvət olunurlar.

"Mən təbiəti sevirəm, çirklənmədən qorxuram" devizi altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.

Qalib gələn fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda, Heydər Əliyev Mərkəzində sərgilənəcək.

Xatırladaq ki, bundan əvvəlki "Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqəsi gənc fotoqrafların bədii istedadlarını, ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək qlobal diqqət toplayıb, fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərib.

Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.

Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah qeyd etməklə) təqdim edə bilərlər.

Oktyabrın 31-i müraciət üçün son tarixdir.

Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndirəcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.

Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.

Ətraflı məlumat üçün veb-sayt//childreneyes.earth
 
Sosial media hesabları: "Instagram": @childrenseyesonearth; "Facebook": @childrenseyesonearth
 
Əlaqəphotocontest@childreneyes.earth
 
скачать dle 11.3
Mojo.az Banner