Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” dəyişib

22.10.2024 20:14 960
“Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” dəyişib
Nazirlər Kabineti 28 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra imza sahibləri Sertifikat Xidmətləri Mərkəzləri akkreditə edilmiş mərkəz tərəfindən imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən əldə etdiyi məlumatlar istisna olmaqla tam və düzgün məlumatlar təqdim etməli olacaq.

Bundan başqa, xidmətlərin göstərilməsi məsafədən həyata keçirildikdə akkreditə edilmiş mərkəz biometrik identifikasiya vasitəsilə müraciət etmiş şəxsin kimliyini təsdiq edir. Bu zaman şəxsin müraciəti, sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə müraciət etmiş şəxsin məlumatlandırılması və müqavilənin imzalanması akkreditə edilmiş mərkəzin proqram təminatı vasitəsilə həyata keçiriləcək.

Xidmətlərin göstərilməsi biometrik identifikasiya vasitəsilə həyata keçirildikdə, müraciət etmiş şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işlərinə dair informasiya və biometrik məlumatlar, həmçinin şəxsin müraciətini əks etdirən videomateriallar akkreditə edilmiş mərkəzin məlumat bazasında saxlanılacaq.

Xidmətlərin göstərilməsi üçün lazımi sənədlər imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir. Bu mümkün olmadıqda həmin sənədlər (məlumatlar) müraciət etmiş şəxs tərəfindən elektron qaydada akkreditə edilmiş mərkəzə təqdim olunacaq.скачать dle 11.3
Mojo.az Banner