Mojo.az Banner
12:08 Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı (FOTO)  |     12:00 ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib  |     11:49 Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi dəyişdirilir  |     11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |     11:17 Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü  |     23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |     22:07 "Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?  |     21:57 Hava kəskin pisləşəcək: şaxta olacaq  |     21:48 ​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verildi  |     21:39 Zabit Səmədov: "Facebook" mesajları məni rinqə qaytardı"  |     21:31 Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı  |     21:26 Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər  |     21:18 Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq  |    
Left Banner
Right Banner

Kişi gecələr evə gec gələn arvadına xəsarət yetirdi

22.10.2024 13:54 615
Kişi gecələr evə gec gələn arvadına xəsarət yetirdi
Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Dilşada (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində baş verib.

Neftçala rayon sakini Taleh ilə yaşadığı fərdi nömrəsiz evin həyətində arvadı Dilşad arasında ailə məişət zəminində mübahisə yaranıb. Mübahisə zamanı Taleh yumruq-təpik zərbələri ilə Dilşadı vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Dilşad ilə 14 ildir evlidirlər və iki uşaqları var: "Dilşad son zamanlar evə gec gəlib. Mən kişi olaraq bunu qüruruma sığışdıra bilmədiyimdən haradan gəldiyini soruşdum. Dilşad isə qonşudan gəldiyini dedi. Lakin gecə saat 23-24 radələrində qonşudan gəlməsi mümkün deyil. Bir neçə dəfə Dilşada etdiyim xəbərdarlıqdan sonra özümü cilovlaya bilmədim və onu vurdum. Dilşadı əlim ilə vurdum. Onu yaşadığımız evdə döymüşəm".

İş üzrə zərərçəkmiş Dilşadın sözlərinə görə, 2011-ci ildə Taleh ilə ailə quraraq rəsmi nikaha daxil olub: "Birgə nikahdan iki uşağımız var. Ərim Taleh günəmuzd fəhlə işləyir. Hazırda ailəmiz ilə birlikdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində fərdi nömrəsiz evdə yaşayırıq. Ərim qısqanc olduğuna görə məni evdən küçəyə çıxmağa qoymayıb. Buna görə, ailəmizdə mütəmadi olaraq münaqişələrimiz baş verib".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl saat 20:00-da azyaşlı qızı ilə birlikdə yaşadığı evin yaxınlığında ərzaq mağazasına gedib: "Həmin gün saat 21:00-da evə gəldim. Ərim Taleh həyətdə oturaraq məni gözləyirdi. Mən həyətə daxil oldum. Taleh əlimdə ərzaqları görsə də, mənimlə mübahisə edərək qollarımdan yumruqla zərbə vuraraq xəsarət yetirdi. Məni yerə yıxaraq sürüdü, sonra evə saldı. Bu barədə heç kimə məlumat vermədim".

Dilşadın ifadəsinə görə, növbəti gün, saat 21:00-da yaşadığı evdən çıxaraq qızı ilə birlikdə dükana, eyni zamanda, uşağını gəzdırməyə çıxıb: "Həmin gün, saat 22:00 radələrində evə gəldim. Ərim Talehin yaşadığımız evin həyətində məni gözlədiyini gördüm. Mən küçədən yaşadığım evin həyətinə daxil oldum. Bu zaman Taleh mənimlə mübahisə edərək icazəsiz küçəyə çıxdığıma görə saçımdan əlləri ilə tutaraq başımı evin divarına bir neçə dəfə çırpdı, təpik zərbələri ilə ayaqlarımdan zərbələr vurdu. Məni sürüyərək evə saldı".

Zərərçəkmiş daha sonra ifadəsində bildirib ki, həyat yoldaşı Talehin banka borcu olduğuna görə atasından xahiş edib və 13 min manat pul alaraq ona verib: "Taleh bank borcunu ödədiyini bildirdi. Bundan başqa sinif yoldaşım İnarədən 1000 manat pul borca aldım. Onu da atamdan alaraq borcumu verdim".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Taleh 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin yaşadığı Neftçala rayonunun kəndində olan evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.скачать dle 11.3