Mojo.az Banner
21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |     20:15 Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs  |     20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!

11.10.2024 22:59 333
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan "can verir". Bu baxımdan şəhərin bir neçə regionunda sakinlər üçün yaşayış çətinləşib.

Median.Az konkret.az-a istinadən xəbər verir ki, bir sıra ekspertlər həmin bölgələri 4 yerə bölüb.

Birinci yerdə 20 yanvar və Şamaxinka deyilən ərazidir. Şəhərin çıxış qapısı sayılan bu yer həm də qulaq batıran səs-küyü ilə seçilir. Burada əhali kontingenti olduqca qarışıqdır. Üstəlik, çoxlu sayda xəstəxana və tibb ocaqlarının yerləşməsi buraya ağır bir ab-hava verir.

İkinci yerdə isə Əcəmi və 3-cü mikrorayon dairəsi məskunlaşıb. Bu ərazi Sovet hakimiyyəti dövründə tikintilər şəhərsalma normalarına uyğun aparılsa da, hazırki dövrdə bu sahədə ciddi nöqsanlara yol verilib. Bir neçə alış-veriş mərkəzlərinin, o cümlədən Moskva univermağının yerləşməsi sözügedən rayonun yaşama şərtlərini ağırlaşdırıb. Əhalinin kontingenti burada da qarışıqdır, nəqliyyat sıxlığı getdikcə dramatikləşir.

3-cü sırada "Neftçilər", "Xalqlar dostluğu", "Qara Qarayev" metrosu əraziləridir. Şəhərin digər yerləri kimi burada da mühit olduqca ağırdır, kontingent müxtəlifliyi ilə seçilir, yollar sıxlığa davamlı deyil, pərakəndə alış-veriş mərkəzləri rayonun yaşam səviyyəsini aşağı salıb.

4-cü bölgə isə Yeni Yasamaldır. Burada tikilən binalar heç bir şəhərsalma normalarına uyğun tikilməyib. Şəhərin mərkəzinə yollar olduqca darısqal və keyfiyyətsizdir. Əhali sayına görə sıx ərazi hesab olunur. Memarlıq üslubu ilə tikilən binalar isə olduqca azdır.скачать dle 11.3
Mojo.az Banner