Mojo.az Banner
21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |     20:15 Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs  |     20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

12.10.2024 17:54 1 242
Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA
Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan 20 yaşlı Təhminə Quliyeva ilk övladını dünyaya gətirərkən həkim səhvi nəticəsində komaya düşüb.

Belə bir iddia ilə oxu.az-a onun həyat yoldaşı Elməddin Quliyev müraciət edib.

O bildirib ki, oktyabrın 9-da dünyaya gələn qız övladı əməliyyat yolu ilə doğulduğundan qan köçürülməsinə ehtiyac yaranıb. Lakin həkimlər qan qrupunu səhv müəyyənləşdirərək gənc qadına "+2" əvəzinə "+3" qan qrupu köçürüblər.

"Yoldaşımın 20 yaşı var. Ayın 9-da birinci övladımız dünyaya gəlib - qızımız olub. Uşağı əməliyyatla götürüblər deyə qan lazım olub. Qanı isə düz köçürməyiblər. Həkim deyib ki, qanında zəhərlənmə olub. Bakıdan həkim çağırılıb. Dörd gündür ki, komadadır. Bakıya aparmaq istədilər, amma vəziyyətinə görə mümkün olmadı", - deyə şikayətçi bildirib.

Müraciətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, 8 oktyabr 2024-cü il tarixdə, saat 13:30-da 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə hospitalizasiya olunub.

"Pasiyentə 40 həftə 4 günlük hamiləlik, döl başının yüksək duruşu, anemiya diaqnozu təyin edilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Əməliyyatdan sonra xəstəyə hemotransfuziya olunub. Xəstədə allergik reaksiya müşahidə olunduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi reanimasiyada davam etdirilir. Hemodinamik göstəriciləri stabildir.

Pasiyentin yaxınlarının iddiası TƏBİB-in aidiyyəti komissiyası tərəfindən ətraflı araşdırılacaq", - deyə məlumatda bildirilir.скачать dle 11.3
Mojo.az Banner