Mojo.az Banner
15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə döydü

11.10.2024 12:08 660
Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə döydü
Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mədinə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynal Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Mədinə Səmədova cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə bu il Masallı rayonunun kəndlərinin birində qeydə alınıb.

Belə ki, rayon sakini, 1965-ci il təvəllüdlü Mədinə Səmədova saat 20 radələrində yaşadığı evdə gəlini, zərərçəkmiş Əminə Səmədovaya (şərti) təmizlik işləri görmədiyi üçün irad tutub. Sonra onların arasında ailə məişət zəminində mübahisə baş verib. Bu zamanı M.Səmədova Ə.Səmədovanın bədəninin müxtəlif nahiyələrinə qəsdən əl ilə zərbələr vurub yerə yıxıb döyüb. Nəticədə zərərçəkmiş şəxsin sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumaları əzilib şişkinləşib və geniş qançır, sol bazu və boynun sol yan hissəsində qançırlar yaranıb.

Hadisədən sonra Mədinə Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmənin hazırlıq iclasında Mədinə Səmədova cinayət əməlini törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu, Əminə Səmədova ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, Ə.Səmədovaya dəymiş ziyanın tam şəkildə ödənildiyini söyləyərək, iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmədə Əminə Səmədova da təqsirləndirilən şəxsin dediklərini təsdiq edərək hazırda onunla barışdığını, qayınanasından şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib.скачать dle 11.3
Mojo.az Banner