Mojo.az Banner
12:45 Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanıldı  |     12:34 Deputat universitetdən qovulan tələbədən danışdı: “Şans verilməli idi”  |     12:19 DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO  |     12:16 Tramp və Si Cinpinin rəsmi şam yeməyində kim iştirak edəcək?  |     12:06 Əmtəə və maliyyə məhsul şəhadətnamələri arasındakı fərq müəyyənləşdirilir  |     11:53 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır  |     11:42 Azərbaycan nefti ucuzlaşıb  |     11:41 "Formula-1" zamanı Bakı yollarında hərəkət necə olacaq?  |     11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir

17.09.2026 11:40 126
Azərbaycan və Qırğızıstan arasında
Azərbaycanla Qırğız Respublikası arasında beynəlxalq avtomobil əlaqələri sadələşdirilir.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Saziş tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yükdaşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir.

Sənədə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımaları həyata keçirilir.

Razılaşmaya əsasən, sərnişinlərin avtobuslarla müntəzəm daşınması tərəflərin səlahiyyətli orqanları arasında əvvəlcədən razılaşdırılmaqla təşkil olunur və bununla bağlı təkliflər digər tərəfə əvvəlcədən verilir. Bu təkliflər daşıyıcının adı, marşrutu, hərəkət cədvəli, tarifi, dayanacaq nöqtələri, planlaşdırılan dövr və müntəzəmlik barədə məlumatları ehtiva etməlidir. Avtobuslarla qeyri-müntəzəm sərnişindaşımaların həyata keçirilməsi üçün isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr tələb olunur.

Tərəflər arasında, onların ərazisindən tranzitlə, həmçinin üçüncü dövlətlərə yüklərin daşınması prosesi tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında qeydiyyatdan keçmiş yük avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması üçün xüsusi icazə tələb olunur. Bəzi yükdaşımaları üçün isə icazə tələb edilmir (poçt göndərişləri, ölülərin cəsədləri və külləri, teatr dekorasiyaları və s.).

Razılaşmaya əsasən, ağır xəstələrin daşınması, avtobuslarla sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcək.

Bu sazişin müddəaları tərəflərdən birinin dövlətinin milli təhlükəsizliyinə zərər gətirə biləcək tranzit daşımalara məhdudiyyətlərin tətbiq edilməsini istisna etmir.

Sazişin müddəalarının icrası və beynəlxalq avtomobil daşımaları sahəsində yaranan məsələlərin həlli üçün tərəflər Qarışıq Komissiya yaratmağa razılaşırlar.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner