Mojo.az Banner
15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Alıcılara ŞAD XƏBƏR - Bu maşınların qiymətində güzəşt ediləcək

05.10.2024 18:25 957
Alıcılara ŞAD XƏBƏR - Bu maşınların qiymətində güzəşt ediləcək
10 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Amma bu sahəninn araşdırıcıları hesab edir ki, bu müddət ərzində yerli avtomobillərin satış tempi aşağı düşüb.

Median.Az
“Yenisabah”a istinadən xəbər verir ki, hazırda Naxçıvanda «Lifan», «FAW», «Changan», Neftçala zavodunda isə «Khazar», «AzSamand» və «Peugeot» markalı avtomobillər istehsal olunur. Son illər satışlarda müəyyən artış nəzərə çarpsa da, bazarda yerli istehsal maşınlar xaricdən tədarük edilən nəqliyyat vasitələrinə uduzmaqdadır.

Bəs görəsən, yerli avtomobillərin satışının stimullaşdırılması üçün bəzi güzəştlər tətbiq edilə bilərmi?

Mövzü ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yerli istehsal maşınlarla bağlı gömrük xərcləri və əlavə dəyər vergisi aradan qaldırılmalıdır:

“Ümumiyyətlə, əgər bir ölkədə hansısa sahə üzrə yerli istehsal varsa, bunun satışının təşkili üçün daxildə müəyyən dərəcədə stimullaşdırıcı şərtlər də tətbiq edilməlidir. Bu bazarda tələbatın saxlanması və alıcılıq qabiliyyətinin itməməsi üçün olduqca vacibdir. Hesab edirəm ki, gömrük xərcləri, əlavə dəyər vergiləri kimi rüsumlardan yerli istehsal avtomobilləri azad etmək olar. Bu qiymətin daha ucuz olmasına və alıcılıq qabiliyyətinin artmasına kömək edəcək. Avtomobilin maya dəyərinin üzərinə hər hansı bir faiz gəlirləri əlavə etmədən, birbaşa kredit yolu ilə satışını təşkil etmək də alıcılar üçün cəzbedici faktordur. Burada xüsusən keyfiyyətin yüksəldilməsi məsələsi əsas amillərdən biridir”.

Ekspertin fikrincə, bu kimi addımlar daxili bazarda yerli maşınların daha yüksək rəqabət etməsinə şərait yaradacaq:

“Bildiyim qədəri ilə istehsal olunan son model avtomobillərdə ən çox özünü göstərən problemlərdən biri, komplektasiya ilə bağlıdır. Maşının müasir standartlara cavab verməsi, dizayn məsələləri, onun ötürücü mexanizmlərinin avtomatlaşdırılması ilə bağlı problemlər var. Bu tipli problemlər aradan qaldırılarsa, təbii ki, Azərbaycanda istehsal olunan avtomobillər həm bazarda mövqeyini möhkəmləndirər, həm də rəqabətdə önə çıxar. Bu, eyni zamanda avtoparkın yenilənməsi üçün əlverişli olar. Əgər eyni keyfiyyətdə və tələbələrə cavab verən avtomobil daxili bazarda istehsal olunarsa və digər rüsumlardan azad edilərsə, az qala yarıbayarı qiymət fərqi yaranacaq. Eyni zamanda yerli istehsal avtomobillərin ehtiyat hissələri də aksiz rüsumlarından azad olunmalıdır”.скачать dle 11.3
Mojo.az Banner