Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? |
Mojo.az Avto
Mojo.az Avto

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub

02.10.2024 19:00 954
Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
Rostovdan Türkiyə limanına gedən yük gəmisi Rostov vilayətinin Azov rayonunda Don çayında saya oturub.

Bu barədə "İnterfaks"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidməti məlumat verib.

"Moskva vaxtı ilə saat 13:50-də (Bakı vaxtı ilə 14:50-də - red.) Vanuatu bayrağı altında üzən "Florica" gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, gəmi Rostovdan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, gəmi yolu pozulmayıb. Onu saydan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Son xəbərlər