Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Norveç Rusiya ekipajlı gəmini həbs etdi (SƏBƏB)

31.01.2025 17:30 900
Norveç Rusiya ekipajlı gəmini həbs etdi (SƏBƏB)
Norveç polisi Baltik dənizində Latviya və İsveç arasında yerləşən optik lif kabelinin zədələnməsində iştirak etməkdə şübhəli bilinən rus ekipajlı bir gəmiyə həbs qoyub.

Qaynarinfo xəbər verir ki,bu barədə Polisin açıqlamasında deyilir.

Norveç hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, gəmi Latviya hakimiyyətinin hüquqi sorğusu və məhkəmə qərarı əsasında saxlanılıb.

Həbs edilən "Silver Dania” gəmisi Norveçdə qeydiyyatdan keçib və Norveç şirkətinə məxsusdur. Gəmi Sankt-Peterburq və Murmansk arasında hərəkət edir. Gəminin ekipajı rusiyalılardır.

Gəmi cümə axşamı saat 21:00 radələrində polis rəhbərliyi altında aparılan əməliyyat zamanı Norveç sahil mühafizəsinə məxsus "KV Bison” gəmisi tərəfindən saxlanılıb.

Saxlanılma anında gəmi Norveçin iqtisadi zonasındakı Troms bölgəsi sahillərində olub. Cümə günü səhər gəmi Troms limanına gətirilib.

Polis gəmidə axtarış, dindirilmə və sübutların toplanması əməliyyatını həyata keçirir. Məsələ barədə Norveç Polis Təhlükəsizlik Xidməti (PST) məlumatlandırılıb.


Xatırladaq ki, Baltik dənizində sualtı optik lif kabelinin zədələnməsi ilə bağlı mümkün diversiya araşdırmasının mərkəzində "Vezhen” adlı yük gəmisi olub. Gəmi, yanvarın 26-da, bazar günü, Qrinviç vaxtı ilə saat 00:45-də həmin ərazidən keçib.

İsveç prokurorluğu Baltik dənizində gəminin saxlanılması üçün order verib. Yanvarın 27-də, bazar ertəsi, İsveç hakimiyyət orqanlarının nümayəndələri saxlanılan gəminin göyərtəsinə daxil olublar.скачать dle 11.3
Mojo.az Banner