Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın təxribatları davam edərsə, Azərbaycanın müəyyən cəza addımları atması mümkündür - RƏY

13.09.2024 20:27 696
Ermənistanın təxribatları davam edərsə, Azərbaycanın müəyyən cəza addımları atması mümkündür - RƏY
Qərb dövlətləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Ermənistanı silahlandırmaqla Azərbaycanın ev sahibliyinə kölgə salmaq istəyirlər.

Bunu “Report”a açıqlamasında professor, siyasi şərhçi Sabir Məmmədli deyib.

O bildirib ki, rəsmi İrəvan Qərb dairələrinin bu məqsədinə şərait yaradır: “Azərbaycan hələ ki, mümkün qədər təmkinli davranacaq. Bunu Ermənistan da, Qərb dairələri də başa düşürlər. Çünki rəsmi Bakı istəməz ki, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşsın. Qərb isə Azərbaycanın bu təmkinli davranışından istifadə edir”.

Ekspert qeyd edib ki, hazırda Ermənistan rəhbərliyi sülh barədə danışsa da, əməldə bunu göstərmir: “Sürətlə silahlanma, Qərb dövlətləri ilə əməkdaşlığın inkişafı da bunu göstərir. Ermənistan əslində çətin vəziyyətdədir. Qərb bölgəyə daxil olmaq üçün rəsmi İrəvandan istifadə edir. İndi bölgəyə gəlmək Qərb üçün çox vacibdir. Çünki bu, ABŞ, Fransa kimi dövlətlərə kommunikasiya xətlərinə nəzarət etmək imkanı yaradır. Eyni zamanda Qərb beləliklə, regiona daha yaxşı təsir edə bilər. Odur ki, kimsəyə lazım olmayan, zəif Ermənistandan istifadə edilir. Ermənistandakı mövcud hakimiyyət isə buna şərait yaradır”.

S.Məmmədlinin sözlərinə görə, gələcəkdə Azərbaycanın adekvat cavab tədbirləri görməsi istisna deyil: “Məlum olduğu kimi, hazırda Zəngəzur dəhlizi ilə bağlı ciddi müzakirələr gedir. Region ölkələri bu barədə intensiv fikir mübadiləsi aparırlar. Rusiya tədricən İranı razı salır. Həmçinin Türkiyə də dəhlizin açılacağı ilə bağlı əminliklə danışır. Bu, o deməkdir ki, dəhlizin açılmasını Ermənistandan başqa bütün bölgə dövlətləri istəyir. Əgər Ermənistan buna razı olmasa və hərbi təxribatlarını davam etdirsə, COP29-dan sonra Azərbaycanın cəza tədbirləri olaraq müəyyən addımlar atması, o cümlədən Zəngəzur dəhlizini açması mümkündür”.
Qeyd edək ki, son vaxtlar Qərb yenidən Ermənistanı sürətlə silahlandırır. Bunun fonunda Ermənistan hərbi provokasiyalarını intensivləşdirib.

Son xəbərlər