COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Azərbaycan qızıl ixracından nə qədər qazanıb?  |     22:48 Qəzzada HƏMAS batalyonunun komandir müavini öldürülüb  |     22:41 Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? (RƏSMİ)  |     22:17 Kür çayında meyit tapıldı  |     22:09 Gündəlik xərclər niyə bu qədər artıb? – Ailə büdcəsi üçün 5 praktiki tövsiyə  |     21:48 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     21:46 Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb  |     21:39 Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi  |     21:38 Şahin Şıxlinski yenidən saxlanıldı  |     21:14 Binədə fərdi yaşayış evi yanır  |     21:03 Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb  |     20:39 16 yaşlı yeniyetmə Kürdə batdı  |     20:31 Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU  |     20:30 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     20:18 “İmtahanlar saxtalaşdırıldı,oğlumun haqqı tapdalandı” - Aparıcıdan iddia (Video)  |     20:10 Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı  |     20:04 Azyaşlı uduş müsabiqəsində soyuducu qazandı, gündəm oldu - Video  |     19:57 “Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik” - Video  |     19:51 Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı  |     19:44 UEFA "Sabah"ın rəqibini cərimələyib  |    

COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) konfransının xüsusi məkanı - Yaşıl Zona yüksək səviyyəli tədbir təşkilatçılığı və proqramlaşdırma, eləcə də texnoloji innovasiya və qlobal məzmun tərəfdaşlığının vəhdəti sayəsində builki konfransın öz aktuallığını uzun müddət qoruyub saxlamasına böyük töhfə verəcək.

Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün dünya ilin ən mühüm iqlim tədbiri üçün Bakıda toplaşır və belə bir vaxtda Yaşıl Zona maraqlı tərəflərin iqlim fəaliyyətinə əlavə təkan vermələri üçün qarşılıqlı əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi apara biləcəkləri platformaya çevriləcək.

Aparıcı qlobal təşkilatlar tərəfindən məhsul və xidmətlərin nümayişi ilə yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminar və brifinqlərin, habelə musiqi və mədəniyyət tədbirlərindən ibarət bir sıra məqsədyönlü proqramların keçirilməsi planlaşdırılır.

Pavilyonlar və sərgi stendlərindən ibarət olan, ümumi sahəsi 36 000 m2 sahəni əhatə edən Yaşıl Zona tədbir zamanı Tərəflər Konfransının rəsmi iclaslarının keçiriləcəyi Mavi Zonadan bir neçə yüz metr aralıda yerləşir.

Bu il Yaşıl Zona yeni virtual iştirak kanalları sayəsində öz əhatə dairəsini daha da genişləndirəcək və bu, yüksək karbon emissiyalı səfərlərə olan ehtiyacı minimuma endirməklə yanaşı, COP tədbirini bu layihəyə cəlb edilmiş qlobal auditoriyanın əl telefonlarına, eləcə də kompüter / televizor ekranlarına və qapılarına qədər aparacaq.

Builki Yaşıl Zonanın əsas xüsusiyyətləri aşağıdakıları ehtiva edir:

Həm Azərbaycandan, həm də müxtəlif dünya ölkələrindən şaquli bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələri, hökumət təşkilatları, BHT (Beynəlxalq Hökumət Təşkilatları) və QHT-lər iqlim fəaliyyətləri ilə bağlı ən son məhsulları, həll variantlarını və layihə üzrə işlərin gedişatını təqdim və nümayiş etdirəcəklər;

Nüfuzlu spikerlər, xüsusi seminar və sərgi zonaları, yaradıcı şəxslər üçün studiyalar və şəbəkələşmə sahələri vasitəsilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ "ekstremal görüş" zonası;

İlk dəfə yayımlanan unikal "Daily show" verilişi: COP29-un mərkəzindən yayımlanan və yüksək səviyyəli qonaqlardan ibarət müxtəlif qrupları, eləcə də dinamik məzmunu özündə əks etdirən unikal veriliş. Bu televeriliş konfrans barədə məlumatların Bakının hüdudlarından xeyli uzaqlarda yayılması üçün bir sıra xəbər agentlikləri vasitəsilə bütün dünyada yayımlanacaq;

Qabaqcıl texnologiya və canlı yayım xidmətləri: təşkilatların səmərəli iştirakını və əhatə dairəsinin genişləndirilməsini təmin edəcək, onların tədbirin hüdudlarından uzaqlarda yerli, regional və beynəlxalq auditoriyalarla əlaqələndirilməsinə şərait yaradacaq;

Peşəkar yayım və audio-vizual məzmunların hazırlanma proseslərinin idarə edilməsi üzrə xidmətlər: tədbir məkanında cərəyan edən hadisələrin məzmununu lentə alaraq sinxron şəkildə yayımlanmasını təmin edəcək;

Artıq bu dinamik mərkəzdə fərdi konfrans və iclas otaqlarını COP29-un onlayn portalında bron etmək mümkündür. Təşkilatlar daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral formatda olan və yüksək dəqiqlikli audio-vizual avadanlıqlarla təchiz olunmuş həm orta, həm də geniş miqyaslı görüş və tədbirlər üçün dizayn edilmiş konfrans otaqlarını bron edə bilər. Bununla yanaşı, dörd, səkkiz və ya on iki nəfərlik qrupların qapalı görüşləri üçün korporativ (B2B) iclas otaqları da mövcuddur. Gözlənilən yüksək tələbatı nəzərə alaraq, iclas otaqlarının ayrılması zamanı COP29-un tərəfdaşları və sərgi iştirakçılarına üstünlük veriləcək.

İctimaiyyət nümayəndələri iqlim sahəsində aparıcı simaları və tərəfdaşları dinləmək, həmçinin iqlim müzakirəsinə fikir bildirməklə töhfə vermək üçün Yaşıl Zonada iştiraka dəvət olunacaqlar. Ödənişsiz biletlərin noyabrın əvvəlindən etibarən əldə edilməsi mümkün olacaq.

Yaşıl Zonanın qurulmasını şərh edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bunları bildirib: "Dünyanın ən əhəmiyyətli iqlim konfransı kimi tanınan COP29 dayanıqlı və davamlı gələcəyə nail olmaq üçün beynəlxalq iqlim siyasətinin müzakirəsi, iqlimlə bağlı fəaliyyətlərin inkişafı və qlobal əməkdaşlığın təşviqi üçün əsas platforma rolunu oynayacaq. Builki Yaşıl Zona ilə bağlı planlarımız həm özəl, həm də dövlət sektorlarını təmsil edən təşkilatlara iqlim fəaliyyətinə əlavə təkan vermək məqsədilə bir-birləri ilə əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi aparmaq üçün müxtəlif ideal imkanlar təqdim edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            495 05.09.24 20:00