Mojo.az Banner
12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |    
Left Banner
Right Banner

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11.11.2024 12:52 1 455
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub
Bakıda keçirilən COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start verilib.

Tədbirdə "The Extreme Hangout" təşkilatının nümayəndəsi Ketrin Betli bildirib ki, Azərbaycanda COP29 üçün "Extreme Hangout" (EXH@COP29) Yaşıl Zonanın rəsmi hissəsidir və dünyaya iqlim böhranı ilə mübarizədə sadiq olduqlarını göstərmək istəyən təşkilatlar üçün bir sıra maraqlı tərəfdaşlıq imkanları təqdim edir.

"The Extreme Hangout" yeni tərəfdaşlar və məruzəçilərlə əməkdaşlıq quraraq gənc novatorlara real, davamlı həll yolları təklif etmək və qlobal iqlim gündəmini formalaşdırmaq üçün imkanlar yaratmağı məqsəd qoyur", - deyə təşkilatın nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, COP29 çərçivəsində "The Extreme Hangout" gənclərin rəhbərlik etdiyi iqlim fəaliyyətləri üçün dinamik mühit yaradacaq.

Noyabrın 11-dən 22-dək COP29 Yaşıl Zonada keçiriləcək seminar və sessiyalarda regionda su qıtlığı və bərpa olunan enerji sahəsində innovasiyalar kimi spesifik iqlim problemləri müzakirə ediləcək. Nəzərdən keçiriləcək əsas mövzulara təbiət və biomüxtəliflik, okean ekosisteminin qorunması, sərvət, fərd və cəmiyyət fəaliyyətinin gücləndirilməsi, dayanıqlı gələcək, narrativin dəyişdirilməsi və bəşəriyyətə sahib çıxılması daxildir.скачать dle 11.3
Mojo.az Banner