Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir

22.06.2024 20:08 1 374
Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir
Qazaxıstan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük ümidlər bəsləyir.

Bunu Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti departamentinin direktoru Saule Sabiyeva deyib.

O bildirib ki, ölkəsi iqlim maliyyəsinin əsas aspektləri, tərəflərin iqlim həllinə necə nail olmaq niyyətində olduqları və ümumilikdə karbon neytrallığı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə konsensus əldə etməyi gözləyir:

“Bakıda keçiriləcək COP29 Qazaxıstan üçün vacibdir. Müvafiq olaraq, biz COP29-dan, su hövzələri, ehtiyatları və Xəzər dənizində çirklənmənin monitorinqi üzrə xüsusi regional əməkdaşlıqdan mühüm nailiyyətlər gözləyirik".

İqlim problemlərinin həlli yollarından danışan S.Sabiyeva bildirib ki, Qazaxıstan “yaşıl iqtisadiyyat”a nail olmaq baxımından “yaşıl maliyyə” bazarının və “yaşıl taksonomiya”nın inkişafı kimi birgə regional həll yollarına ümid edir:

"Bu, regiona ekoloji cəhətdən təmiz məhsul istehsalına yönəlmiş investorların diqqətini cəlb etməyə imkan verəcək".

Tarixən Mərkəzi Asiya dünyanın iqlim dəyişikliyinə qarşı ən həssas regionlarından biri olub. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər regionda temperatur 4-5 dərəcə yüksələ bilər ki, bu da buzlaqların əriməsinə, su qıtlığına və torpaqların deqradasiyasına səbəb ola bilər. Buna görə də region ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl iqtisadiyyat”a keçid üçün birgə səyləri davamlı inkişaf üçün çox vacibdir.скачать dle 11.3
Mojo.az Banner