Mojo.az Banner
23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |     22:07 "Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?  |     21:57 Hava kəskin pisləşəcək: şaxta olacaq  |     21:48 ​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verildi  |     21:39 Zabit Səmədov: "Facebook" mesajları məni rinqə qaytardı"  |     21:31 Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı  |     21:26 Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər  |     21:18 Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq  |     21:13 Azərbaycanda halı pisləşən professor qəfil öldü  |     21:05 Bakıda güclü külək fəsadlar törətdi: Binanın fasad örtüyü qoparaq maşınlara ziyan vurdu  |     20:56 Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: "Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı"  |     20:50 Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI  |     20:41 Azərbaycanın ən hündür binası olacaq - FOTO  |     20:36 Gürcüstanda hakimiyyətin qanuniliyini tanımayanlar cinayət məsuliyyətinə cəlb oluna bilər  |    
Left Banner
Right Banner

Bakıda küçə turizmi: inkişaf potensialı və yeni təşəbbüslər

28.08.2024 20:26 582
Bakıda küçə turizmi: inkişaf potensialı və yeni təşəbbüslər
Azərbaycanda, xüsusilə də Bakıda küçə turizminin inkişafı turistlərin cəlb etmək üçün yeni perspektivlər və imkanlar açır. Bu turizm növü şəhərlə tanışlığı daha maraqlı və canlı etməklə yanaşı, onun mədəniyyətini və gündəlik həyatını daha yaxşı tanımağa imkan verir.

Bununla belə, küçə turizminin Azərbaycanın turizm sektorunun mühüm hissəsinə çevrilməsi üçün bir sıra problemləri həll etmək və yeni təşəbbüslər həyata keçirmək lazımdır.

“Report”un ekspertlərlə apardığı müzakirələrə görə, Bakıda küçə turizminin inkişafına mane olan əsas amillər nəqliyyat infrastrukturu ilə bağlı problemlərdir.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi qeyd edib ki, turistlərin ictimai nəqliyyatdan istifadəsi hələ də çətinliklərlə müşayiət olunur. Avtobusların hərəkət qrafikinin pozulması, tıxaclar və velosiped infrastrukturunun çatışmazlığı şəhərdə, xüsusən də mərkəzdən kənar yerlərdə hərəkət üçün narahatlıq yaradır.

“Bakının mərkəzində ictimai nəqliyyat üçün xüsusi zolaqların ayrılması, piyada zonalarının və velosiped sürmək üçün imkanların genişləndirilməsi kimi müəyyən işlər görülsə də, şəhərin digər ərazilərində vəziyyət çətin olaraq qalır. Piyadaların təhlükəsizliyi məsələlərinə, səkilərin yaxşılaşdırılmasına və turistlərin hərəkəti üçün rahat şəraitin yaradılmasına diqqət yetirmək lazımdır", - deyə S.Dübəndi vurğulayıb.

Onun fikrincə, küçə turizminin digər mühüm aspekti turist avtobusları üçün infrastrukturun inkişafıdır. S.Dübəndinin sözlərinə görə, turist nəqliyyatı üçün rahat dayanacaq yerlərinin olmaması şəhər gəzintilərinin təşkilini çətinləşdirir.

Turizm infrastrukturunun yaradılması və təkmilləşdirilməsi məsələləri peşəkarların və ictimaiyyətin fikirlərinin cəlb edilməsi ilə daha geniş müzakirə tələb edir. “Şəhərin turizm potensialını tam şəkildə müəyyənləşdirilməsi üçün bütün maraqlı tərəflərin - yerli sakinlər, turistlər və bizneslər də daxil olmaqla ehtiyac və maraqları balanslaşdırılmalıdır”, - Assosiasiyanın rəhbəri hesab efir.

Lakin bu problemlərə baxmayaraq, Bakıda küçə turizminin gələcək inkişaf üçün potensial var.

Turizm üzrə ekspert Xuraman Məmmədova qeyd edib ki, şəhər mədəniyyətinin ayrılmaz hissəsi olan küçə yeməkləri turistlər arasında populyardır: “Son illərdə şəhərin mərkəzində yerli yeməklərin satışına icazə verilməsinə başlanıb ki, bu da Azərbaycan mətbəxinin təbliğinə kömək edir və paytaxtın qonaqları üçün unikal təəssüratlar yaradır”.

Bundan əlavə, X.Məmmədova turistlərin diqqətini cəlb edən küçə artistlərinin əhəmiyyətini də vurğulayıb. "Bakının mərkəzi küçələrində artıq musiqiçilər, rəssamlar və ifaçılar üçün xüsusi yerlər ayrılıb ki, bu da turistlərə şəhərin mədəniyyəti ilə bilavasitə tanış olmağa imkan verir. Həmçinin açıq havada incəsənət festivallarının və küçə sərgilərinin keçirilməsi də gündəmdədir ki, bu da mədəni turizmin mühüm elementi ola bilər", - X.Məmmədova hesab edir.

Ekspertlərin fikrincə, küçə turizminin uğurlu inkişafı üçün dövlət və özəl sektor arasında sıx əməkdaşlıq lazımdır. Yalnız səyləri birləşdirməklə turistlərin küçələrdə daha çox vaxt keçirəcəyi, şəhərin mədəniyyətindən və atmosferindən zövq alacağına şərait yaratmaq olar.

Yekun olaraq demək olar ki, Bakıda küçə turizmi bu istiqamətdə işlər davam etdirilərsə, mühüm turizm növünə çevrilmək üçün bütün şanslara malikdir. İnfrastrukturun inkişafı, küçə mədəniyyətinin dəstəklənməsi və turistlər üçün rahat şəraitin yaradılması - bütün bunlar Bakını şəhər gəzintiləri və mədəni turizm həvəskarları üçün cəlbedici edə bilər.
скачать dle 11.3