Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Küçə sənətçilərinə - ŞAD XƏBƏR

26.07.2019 13:19 1 845
Küçə sənətçilərinə - ŞAD XƏBƏR
Azərbaycanda küçə sənətçiləri vergidən azad olacaqlar.

Bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən “Küçə sənətçiləri” layihəsinin təqdimatında deyib.

O bildirib ki, küçə sənətçiləri vergiyə cəlb olunmayacaq:

“Onlar üçün şəhərin müəyyən istiqamətlərində şərait yaradılsa da, buna görə vergi ödəməyəcəklər. Çünki turistlər və ya hər hansı şəxs sənətçiyə verdiyi pulun məbləğini özü qərarlaşdırır. Ümumiyyətlə, turistlərin onlara verdiyi pul bəxşiş hesab edilir. Bir sözlə, küçə sənətçiləri vergidən azaddır”.

R.Bağırov onu da qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turistlərin diqqətini çəkmək məqsədilə bir sıra layihələr gerçəkləşdiriləcək:

“Bütün dünyada küçə sənətçiləri arasında kastinq keçirilir. Aərbaycanda da bu istiqamətdə yeni layihənin icrasına başlayırıq. Xüsusilə paytaxtın üç istiqamətində - İçərişəhər, Nizami küçəsi və Dənizkənarı Milli Parkda küçə sənətçilərinin fəaliyyətinə imkan yaradılacaq.

Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanların ayrılması planlaşdırılır. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmur”.скачать dle 11.3
Mojo.az Banner