Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?

30.04.2024 20:15 945
Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da kənd yerlərində yaşayanlar ilin isti aylarında evlərində turist qəbul etməyə, başqa sözlə, mövsümi də olsa, kənd turizminin imkanlarından faydalanmağa çalışırlar.

Bəs bunun üçün kənd yollarımız yararlıdırmı?

“Report” mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyir ki, son illər Azərbaycan höküməti kəndlərə aparan yollarla bağlı xeyli iş görüb və bu sahədə vəziyyət elə də pis deyil: “Ucqar kəndlərimizə belə asfalt yollar çəkilib. Bu, bir tərəfdən turistlərin kəndlərə hərəkət etməsini asanlaşdırır, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, asfalt ekoloji örtük deyil, onun ətraf mühitə ziyanı var, bəzi hallarda biomüxtəlifliyi pozur. Hesab edirəm ki, təbiət şəraitə müdaxilə etmək, bütün kəndlərə asfalt yollar çəkmək məqsədəuyğun deyil. Ümumiyyətlə isə, yol çəkilişində strateji yanaşma olmalıdır. Bir neçə yol növü var ki, hamısından istifadə etməliyik, təbiətə, mühitə uyğun olanını seçməliyik".

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə hesab edir ki, Azərbaycanda turizm imkanı olan rayonların mərkəzi yollarında problem olmasa da, kənd yolları ilə bağlı vəziyyət elə də yaxşı deyil: "Yaxşı olardı ki, turistlərin kəndlərə hərəkəti ilə bağlı çətinliklər aradan qaldırılsın. Çünki, turistlər gəzməyi sevirlər. Rayon mərkəzlərində bu baxımdan problem yoxdur, amma kəndlərdə ola bilər”.

"Report" mövzu ilə bağlı dövlət qurumlarının da mövqeyini öyrənib. Dövlət Turizm Agentliyindən bildirilib ki, qurum turizm obyektlərinə gedən yollarla bağlı cavabdehlik daşımır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kəndlərə yolların çəkilməsi, mövcud yolların yenidən qurulması "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" çərçivəsində öz həllini tapır: "Bu proqrama uyğun olaraq təmirə ehtiyacı olan yollarla bağlı siyahı tərtib olunub. Həmin siyahı əsasında rayonlarda lazımi işlər icra olunur”.скачать dle 11.3
Mojo.az Banner