Mojo.az Banner
20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın turizm sənayesi Novruz bayramına necə hazırlaşır?

01.03.2024 21:29 1 605
Azərbaycanın turizm sənayesi Novruz bayramına necə hazırlaşır?
Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq.

Hər il olduğu kimi, bu il də bayramla əlaqədar ölkədə bir neçə gün ardıcıl olaraq qeyri-iş günləri elan edilib.

Bu da o deməkdir ki, ölkə vətəndaşları dincəlmək üçün regionlardakı hotellərə üz tutacaqlar. Bəs turizm sənayesi bayrama necə hazırlaşır? "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, ölkədəki 5 ulduzlu hotellər bayram günlərinə artıq satışlarını bitiriblər:

"Bununla belə, vətəndaşların seçim imkanları çoxdur. Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadırlar - "A frame", "camp" tipli qonaq evləri, kənd evləri, hostellər, ferma və təsərrüfatlar var. Bu növ gecələmələri seçən turistlərin bir çoxunun adətən səyahət məqsədləri daha spesifik olur Misal üçün, şərab sevərlər fermalara, üzüm tarlalarına, emal müəssisələrinə üz tutur, "yaşıl turizm" sevərlər "camp"larda qalmağı xoşlayır, kənd həyatına qatılmaq, mövsümü məhsul yığımında iştirak etmək, ev heyvanlarına qulluq etmək məqsədilə gələn turistlər kənd evlərində qalmağa üstünlük verir", - deyə o qeyd edib.

S.Dübəndinin sözlərinə görə, bayram günlərində əsas turist axını ölkənin bir neçə inkişafda olan destinasiyalarına yönələcək: “Bu destinasiyalar əsas turist yükünü qəbul edirlər. Regional yerləşmə vasitələrinin satışı yüksəkdir. Hazırda görürük ki, 35-100 manat arası iki nəfərlik səhər yeməyi daxil gecələmə xidmətləri bayram günlərinə məhdud sayda olsalar belə yalnız müxtəlif satış platformalarında və digər satış kanallarında mövcuddur”.

Turizm eksperti hesab edir edib ki, bayram günlərində Azərbaycanda daxili turizmlə yanaşı gəlmə və getmə turizm da canlanacaq: “Koronavirus (COVID-19) pandemiyasından öncə Novruz Bayramı münasibətilə ölkəyə xeyli sayda İran, Türkiyə, Rusiya, Gürcüstan turistləri gəlirdilər. Hazırda bu coğrafiya bir qədər dəyişib. Körfəz ölkələrindən və Asiyadan olan turistlər daha yüksək dinamika göstərirlər. Azərbaycanda istirahət edən turistlərin sayı öncəki illərlə müqayisədə artmaqdadır".

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə deyir ki, bayram günlərinda turizm sektorunda qiymətlər adi günlərlə müqayisədə yenə də fərqli olacaq: "Qiymətlər çox yüksək olmasa da, turizm mövsümu olduğu üçün bahalaşma ola bilər. Bu təkcə ölkə daxilində deyil, ölkədə xaricində dincəlməyə də aiddir. Adətən Novruzda vətəndaşlarımız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər. Bu istiqamətlərdə qiymət fərqi var. Amma daxili turizmdə kimi kəskin fərq yoxdur".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə hesab edir ki, bu il də Novruz bayramı günləri Ramazan ayına təsadüf etdiyindən tətit üçün həm ölkə daxilinə, həm də ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar: "Orucluğa görə bəzi inanclı insanların səfərlərini təxirə salması və yaxud da onu o qədər də aktiv keçirməməsi mümkündür. Qiymətlərə gəlincə isə, ötən illə müqayisədə kəskn fərq gözləmirəm. Çünki, bunun üçün ciddi əsas yoxdur".
скачать dle 11.3
Mojo.az Banner