Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu sahədə işləyənlər 7 000 - 15 000 manat qazanırlar

04.07.2024 18:50 1 419
Azərbaycanda bu sahədə işləyənlər 7 000 - 15 000 manat qazanırlar
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioritet seçib.

Hazırda ölkədə minlərlə insan bu sahədə çalışır.

Dövlət Statstika Komitəsinin məlumatına görə, ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə orta aylıq əməkhaqqı 720 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 60 manat və yaxud təxminən 9 % çoxdur.

Bəs sektorun müxtəlif seqmentlərində çalışanlar nə qədər qazanır? "Report" bununla bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" İctimai Birliyinin katibi Tural Musayev deyir ki, bələdçilərin qazancı əsasən onların xarici dil bilməsindən asılıdır:

"Xarici dil bilənlər xarici turistlərlə işləyir və nisbətən çox qazanır. Məsələn, bələdçi ingilis dilində azı B2 səviyyəsində bilirsə, gündəlik 60-80 manat qazana bilir.

Rus dilini bilənlərin gündəlik qazancı isə 80-120 manatdır. Çin, alman, ispan dillərini bilənlər isə gündəlik 120-150 manat qazanc əldə edir.

Yalnız Azərbaycan dilində danışan bələdçilər isə yerli turistlərlə işləyə bilir və onların qazancı elə də çox deyil - 40-60 manat civarında dəyişir. Yaxşı qazanmaq üçün bələdçilər həm də məlumatlı olmalıdır. Ümumilikdə bələdçilərin aylıq gəliri 1 200 - 2 500 manat arasındadır".

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, ölkədəki hotellərdə çalışanların qazancı onların təhsilindən, iş təcrübəsindən, eləcə də hotelin səviyyəsindən, yəni ulduzlarının sayının asıdılır:

"Məsələn, 5 ulduzlu hotellərdə menecment heyəti ay ərzində 7 000 - 15 000 manat gəlir əldə edirsə, orta səviyyəli hotellərdə bu məbləğ 1 200-2 500 manat, aşağı səviyyəli hotellərdə isə 1 000 - 2 000 manat təşkil edib. Eyni sözü işçi heyəti (personal) haqqında da demək olar.

Məsələn, adi hotellərdə işçilərin aylıq qazancı 600 - 800 manatdan çox olmur. Otelin səviyyəsi bir qədər yüksək olduqda işçi ayda 1 000 manat qazana bilir".

Bundan başqa, onun sözlərinə görə, turizm sektoru ilə hansısa formada əlaqəsi olanlar da bu sahədən orta səviyyədə gəlir əldə edə bilirlər:

"Turizm digər iqtisadi sektorlara bilavasitə və yaxud dolayısı yolla müsbət təsir edir. Misal üçün, hər hansı bir destinasiyada turizmın inkişafı yerli əhaliyə əl işləri olan suvenirlər, şəxsi təsərrüfatlarda becərilmiş meyvə-tərəvəz, süd və süd məhsulları, ət və əl məhsulları satmağa və gəlir əldə etməyə imkan verir".

Son xəbərlər