Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək

12.08.2024 18:25 720
Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək
ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2022-ci ildə Florida ştatındakı Mar-a-Laqo mülkündə Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı axtarışa görə məhkəmə yolu ilə ABŞ Ədliyyə Nazirliyindən 100 milyon ABŞ dolları təzminat tələb etməyi planlaşdırır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Trampın hüquqşünaslar komandası axtarışın sırf siyasi təqib məqsədilə aparıldığına əmindir.

Onlar artıq Ədliyyə Nazirliyinə məhkəmədə iddia qaldırmaq niyyəti barədə bildiriş göndəriblər. Nazirliyə məsələni məhkəmədən kənar qaydada həll etmək üçün bildirişin alındığı tarixdən etibarən, 180 gün vaxt veriləcək, əks halda, iş Florida ştatının Cənub dairəsi üzrə Federal Məhkəməsinə göndəriləcək.

FTB-nin əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış zamanı ümumilikdə 102 sənədi müsadirə ediblər. Onlardan 17-si “tam məxfi” qrifli sənəd olub.скачать dle 11.3
Mojo.az Banner