Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb

14.11.2024 19:27 1 395
FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri noyabrın 5-də keçiriləcək prezident seçkilərində respublikaçı Donald Trampın qalib gələcəyini proqnozlaşdıran “Polymarket” bukmeker kontorunun direktoru Şeyn Koplanın mənzilində axtarış aparıblar.

Bu barədə mənbələrə istinadən The New York Post (NYP) məlumat yayıb.

Reyd zamanı Koplanın telefonu və digər elektron cihazları götürülüb. Axtarışa nəyin səbəb olduğu izah edilməyib. Lakin nəşrin mənbələri şübhələnirlər ki, bu, bukmeker kontorunun ənənəvi sorğulardan fərqli olaraq Trampın vitse-prezident Kamala Harris üzərində asan qələbəsini dəqiq proqnozlaşdırdığına görə siyasi qisas ola bilər.

“Bloomberg” də öz növbəsində bildirib ki, Ədliyyə Nazirliyinin “Polymarket”ə qarşı başlatdığı araşdırma platformanın Əmtəə Fyuçers Ticarət Komissiyası tərəfindən 2022-ci ildə tətbiq edilən qadağasına baxmayaraq ABŞ rezidentlərindən mərcləri qəbul edə bilməsi ilə bağlıdır.скачать dle 11.3
Mojo.az Banner