Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qazın və işığın qiyməti qalxacaq? - MÜHÜM AÇIQLAMA

12.08.2024 18:03 1 173
Azərbaycanda qazın və işığın qiyməti qalxacaq? - MÜHÜM AÇIQLAMA
Son vaxtlar insanlar arasında sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləri sonrası kommunal xidmətlərin tarif qiymətlərinin qalxacağı ilə bağlı fikirlər dolaşır. Cəmiyyətdə başlıca narahatlığa səbəb olan qaz və işıq qiymətləri ilə bağlıdır.

Bir çox insan ilin sonuna doğru bu iki kommunal xidmətlə bağlı tariflərin ciddi dərəcədə bahalaşacağını düşünür.

Görəsən, narahatlığa həqiqətən də əsas varmı?

Parlament seçkilərindən sonra kommunal xidmətlərlə bağlı qiymət artımı ola bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə sözügedən xidmətlərlə bağlı tariflər dövlət tərəfindən tənzimlənir:

"Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur”.

Ekspertin fikrincə, dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər:

"Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bunun nə vaxt olacağını söyləmək çətindir, amma Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir. Amma dediyim kimi, bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. İqtisadi əsaslandırma ilə izah ediləsi məsələ deyil”.

Son xəbərlər