Mojo.az Banner
19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək

08.08.2024 13:00 915
Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək
"Müdafiə Nazirliyinin internet səhifəsində "Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır”.

Bu sözləri Baku.ws-ə iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər sözügedən internet səhifəsində qeydiyyatdan keçməklə mənzil növbəsinə dayanıb, dövlətdən pulsuz mənzil əldə edə bilərlər:

"Bu, bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən növbənin elektron şəkildə sıralanmasına imkan verəcək ki, hərbçilərimiz daha qısa zamanda mənzillə təmin oluna bilsinlər.
Bu məsələdə şəffaflığın gözlənilməsi önəmlidir və müraciət tarixinə uyğun olaraq hərbçilərimizin mənzillə təminatı çox vacibdir. Yeni sistem imkan verəcək ki, məhz həmin vətəndaşlarımız daha qısa zamanda az proseduradan keçməklə mənzilə sahib ola bilsinlər.

Qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsində də hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsait nəzərdə tutulub. Ona görə də hərbçilərimizin mənzil təminatı, onların sosial müdafiəsi bütövlükdə bu gün həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir və dövlət büdcəsindən vəsaitin nəzərdə tutulması və bu istiqamətdə elektronlaşma imkan verəcək ki, hərbçilərimiz daha qısa müddətdə mənzil ilə təmin oluna bilsinlər”.скачать dle 11.3
Mojo.az Banner