Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi

24.09.2026 17:33 321
Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi
Bloqer Oksana Samoylova repçi Ciqanın (əsl adı Denis Ustimenko-Veynşteyndir) valideynlik hüquqlarının məhdudlaşdırılması tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edib.

Median.Az
-ın 59.ru-ya istinadən məlumatına görə, müvafiq müraciət Moskvanın Savelovski Rayon Məhkəməsinə daxil olub.

Samoylovanın vəkili Marina bildirib ki, iddia tələblərinə həmçinin yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin ana ilə müəyyən edilməsi də daxildir.

Qeyd edək ki, Samoylova və Ciqan 13 illik rəsmi nikahdan sonra boşanıblar. Keçmiş ər-arvad əmlak məsələlərini müqavilə bağlayaraq həll ediblər. Cütlüyün dörd övladı var.

Bir gün əvvəl repçinin Moskva ətrafındakı evində işçilərə atəş açdığı və onları təxminən on saat girov saxladığı barədə xəbərlər yayılmışdı.

İddialara görə, həmin vaxt uşaqlar şkaflarda gizlənərək baş verənlər barədə analarına məlumat veriblər. Ciqan isə öz növbəsində bu məlumatları təxribat adlandırıb. O, valideynlik hüquqlarından məhrumetmə ilə bağlı ehtimal olunan məhkəmədən çəkinmir və yalanların ona qarşı istifadə edilə bilməyəcəyini vurğulayıb.

Bu hadisələrin ardınca sənətçi müalicə almaq məqsədilə İsraildəki reabilitasiya mərkəzinə yollanıb. Uşaqlar isə analarının yanında qalıblar.
скачать dle 11.3
Mojo.az Banner