Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama

24.09.2026 17:09 480
İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama
Son vaxtlar insanların yaşadığı ərazilərdə ilanların müşahidə olunması ilə bağlı xəbərlər artır. Hətta bəzi hallarda ilanlara çoxmərtəbəli binaların ətrafında, həyətlərdə, qarajlarda və yaşayış evlərinin içərisində də rast gəlinir. Bəs ilanların insanların məskunlaşdığı ərazilərə yaxınlaşmasının səbəbi nədir? Onları yaşayış yerlərinə cəlb edən amillər hansılardır və belə vəziyyətlə qarşılaşan zaman nə etmək lazımdır?

Hadisə ilə bağlı Median.Az-a açıqlama verən zooloq Təvəkkül İsgəndərov bildirib ki, bütün sürünənlər kimi ilanlar da gizlin həyat tərzi keçirən heyvanlardır.

Zooloqun sözlərinə görə, ilanlar həm də soyuqqanlıdır. Onlar ilin isti vaxtlarında aktiv olur, soyuqlar yaxınlaşanda isə qış yuxusuna gedirlər. Hazırda ilanlar qış yuxusuna getmək ərəfəsindədirlər. Onlar olduqları ərazilərdə qışlamaq üçün gizlənmə yerləri axtarırlar.
Yeraltı yuvalar, evin damları və s. kimi sığınacaqlar var ki, ilanların qışlaması üçün əlverişli yer hesab olunur.

Mütəxəssis əlavə edib ki, ilanlar bu ərəfələrdə daha aktiv olurlar. Təəssüflər olsun ki, hazırda ilanların yaşadığı yerlər onların sərbəstliyi üçün uyğun deyil. İlana layiq olan yerlər insanların yaşamadığı, səs-küy olmayan ərazilərdir. Artıq belə yerlər qalmadığı üçün ilanlar insan yaşayan yerlərə üz tuturlar. Eyni zamanda onlara təzəklərdə, binalarda, həyət evlərində, bağ və bostanlarda da rast gəlinir.

Təvəkkül İsgəndərov qeyd edib ki, binalara girən ilanlar adətən suilanı olur. Binaya gələn müxtəlif su kanalları, kanalizasiya yolları vasitəsilə ilanlar evlərə girə bilir.

Belə hadisələrin insanlara zərər vermək üçün olmadığını deyən zooloq açıqlayıb:

"İlanlar qışlama prosesində özlərinə yer axtardıqları üçün insanın arxasınca düşüb zərər vermək niyyətində deyillər. Bu, təbiətin onlara bəxş etdiyi xarakterik hərəkətdir. Lakin belə ilanların arasında zəhərli növlər də ola bilər. Amma bu çox az ehtimal olunur".


Zooloq ilanları necə zərərləşdirmə metodlarına da toxunaraq vurğulayıb:
"İlanı zərərsizləşdirmək üçün onun üstünə getmək olmaz. o da özünü müdafiə etmək üçün qaçıb tapılmayan bir yerdə gizlənə və ya insanı sanca bilər. 2 və ya metrə yarım məsafədə dayanaraq ilanın üstünü örtmək lazımdır. Belə olan halda ilan özünü gizlənmiş hesab edəcək. Bu ərəfə ərzində də köməkçi və ya mütəxəsis çağırmaqla yardım ala bilərsiniz".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər