Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın

10.06.2026 22:48 252
Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın
Havaların istiləşməsi ilə birlikdə təbiətdə sürünənlərin, xüsusilə də ilanların aktivliyi artıb. Mütəxəssislər bildirirlər ki, yaz-yay aylarında ilanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünmə ehtimalı yüksəlir. Bu isə həm Bakıda, həm şəhərətrafı ərazilərdə, həm də bölgələrdə yaşayan insanlar üçün təhlükə yaradır.

Ümumiyyətlə, ilan və digər sürünənlərdən necə qorunmaq olar?

Median.Az xəbər verir ki, "Globalinfo.az”a danışan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərovun sözlərinə görə, ilanlar digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:

"Buna görə də qış aylarında qışlama dövrünə keçir, havalar isinməyə başlayanda isə yenidən aktivləşirlər. Torpağın temperaturu təxminən 17-18 dərəcəyə çatdıqda ilanlar qışlama yerlərindən çıxmağa başlayır. Bu proses bəzi illərdə martda, bəzi illərdə isə aprel ayında müşahidə olunur.

Qışlamadan çıxan ilanlar uzun müddət qidasız qaldıqları üçün yem axtarmaq məqsədilə ətraf ərazilərə yayılırlar. Bu səbəbdən onların yaşayış məntəqələrində, bağlarda, təsərrüfat sahələrində və insanların istifadə etdiyi digər ərazilərdə görünməsi mümkündür. Xüsusilə yaz aylarında torpaq tam isinmədiyindən ilanlar gün ərzində daha fəal olur və insanlarla qarşılaşma halları artır”.

Mütəxəssis deyib ki, ilanlarla rastlaşmaların çoxalmasının digər səbəbi insanların onların təbii yaşayış mühitlərinə daha çox müdaxilə etməsidir:

"Yeni yaşayış məntəqələrinin salınması, təsərrüfat fəaliyyətinin genişlənməsi və təbii ərazilərin azalması nəticəsində insanlarla ilanların təmas ehtimalı yüksəlir. Bu isə bəzən ilanların sayının artdığı təəssüratı yaradır. Əslində isə ilanlar artmır, sadəcə onların yaşayış sahələri daralır.

Yay aylarında hava çox isti olduğundan ilanlar əsasən səhər və axşam saatlarında aktiv olurlar. Günün qızmar vaxtlarında isə daşların, ağac qalıqlarının, dəmir parçalarının və digər kölgəli yerlərin altında gizlənirlər. Belə yerləri təmizləyərkən ehtiyatlı olmaq lazımdır.

Payızda havalar soyumağa başlayanda ilanlar qışlamaq üçün sabit temperaturu olan sığınacaqlar axtarırlar. Bunlar əsasən qayaların altındakı boşluqlar, torpaqaltı çatlar və digər qorunan məkanlardır. Bəzən yaşayış evlərinin zirzəmilərinə və ya digər qapalı sahələrinə də daxil ola bilirlər”.

T.İsgəndərovun sözlərinə görə, ilanların həyətlərə gəlməsinin əsas səbəblərindən biri onların qida bazasının mövcudluğudur:

"Siçanlar, siçovullar, quş balaları və digər kiçik heyvanlar ilanları həmin əraziyə cəlb edir. Buna görə də həyətlərdə təmizlik qorunmalı, tullantılar və ilanların gizlənə biləcəyi əşyalar yığışdırılmalıdır. Bəzi insanlar kirpilərin ilanları tamamilə uzaqlaşdırdığını düşünürlər. Doğrudur, kirpi ilanla qarşılaşdıqda ona müqavimət göstərə bilər. Lakin bu, kirpinin bütün ilanları məhv etməsi və ya həyəti ilanlardan tam təmizləməsi demək deyil”.

Təvəkkül İsgəndərov deyib ki, ilan gördükdə ən vacib qayda sakit qalmaqdır:

"İlanlar adətən insana hücum etmir və ilk növbədə uzaqlaşmağa çalışırlar. Onların üstünə getmək, vurmağa və ya öldürməyə çalışmaq təhlükəlidir. Əgər ilan evdə və ya həyətdə görünərsə, təhlükəsiz məsafədə dayanmaq, mümkün olduqda onu bir əşya ilə örtərək yerini müəyyənləşdirmək və aidiyyəti qurumlardan kömək istəmək tövsiyə olunur. Profilaktik tədbirlərə əməl etməklə və ehtiyatlı davranmaqla ilanlarla qarşılaşma zamanı yaranan riskləri minimuma endirmək mümkündür”.скачать dle 11.3
Mojo.az Banner