Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir
Bəzi hallarda ər-arvad rəsmi şəkildə boşandıqdan sonra da müəyyən səbəblərdən eyni evdə yaşamağa davam edə bilirlər. Xüsusilə ümumi yaşayış sahəsi, əmlak bölgüsü və uşaqların maraqları ilə bağlı məsələlər bu vəziyyəti zəruri edə bilər. Belə olan halda tərəflərin hüquqi statusu və həmin evdən istifadə məsələsi müəyyən suallar yaradır.
Rəsmi şəkildə boşanmış şəxslərin eyni evdə yaşaması qanunvericilik baxımından hansı qaydalarla tənzimlənir? Tərəflərin yaşayış sahəsindən istifadə, əmlak və digər hüquqları necə müəyyən edilir?
Məsələ barədə Median.Az-a açıqlama verən vəkil Rəşad Əliyev deyib ki, tərəflər arasında nikah pozulan zaman və ya nikah pozulmamışdan əvvəl tərəflərdən birinin müraciəti əsasında məhkəmə qaydasında birgə nikah dövründə əldə olunmuş əmlak üzərində pay hüquqları müəyyən oluna bilər:
“Nikahın pozulması zamanı tərəflərdən biri əmlak bölgüsü ilə bağlı da müraciət edə bilər. Əmlakın kimin adına rəsmiləşdirilməsinin burada fərqi yoxdur. Mənzil ərin də, arvadın da adına ola bilər. Əsas məsələ həmin əmlakın tərəflərin birgə nikah dövründə əldə etməsidir. Bu halda hər iki tərəfin həmin əmlak üzərində pay hüququ mövcuddur. Məsələn, bir mənzil varsa, nikahın pozulması zamanı tərəflərdən birinin müraciəti əsasında məhkəmə onların pay hüququnu müəyyən edə bilər. Tutaq ki, mənzildə tərəflərin hər birinin 50 faiz pay hüququ müəyyən olunur. Bundan sonra tərəflər həmin mənzildə birgə yaşamaq istəyirlərsə və bunun üçün şərait varsa, hər ikisi mülkiyyətçi kimi orada yaşaya bilər”.
Vəkil qeyd edib ki, hər birinin mənzil üzərində 50 faiz pay hüququ olur:
“Əgər birgə yaşamaları mümkün deyilsə və tərəflərdən biri həmin mənzilin satılmasını istəyirsə, ilk növbədə digər tərəfə öz payını almağı təklif edə bilər. Məsələn, mənzil 100 min manat dəyərində qiymətləndirilirsə, tərəflərdən biri öz payını digər tərəfə satmağı təklif edə bilər və digər tərəf həmin payı ala bilər. Əgər digər tərəf razılaşmırsa, satmaq istəyən tərəfin məhkəməyə müraciət edərək əmlakın hərrac qaydasında satılması və öz payına uyğun vəsaiti əldə etməsi ilə bağlı iddia qaldırmaq hüququ var. Amma bütün hallarda məsələ tərəflər arasında razılaşmadan asılıdır. Belə razılaşma yoxdursa, məsələlər məhkəmə qaydasında həll olunur. Əgər tərəflər eyni evdə yaşamağa davam edirlərsə, məsələn, dördotaqlı evin iki otağında ana uşaqlarla, bir otağında isə ata yaşayırsa və tərəflərin bir-birindən narazılığı yoxdursa, bu halda hər hansı əlavə proses baş vermir. Lakin məsələn, ata yenidən evlənirsə və evə başqa bir qadın gətirirsə, artıq birgə yaşamaq mümkün olmaya bilər. Bu halda digər tərəf öz payını tələb edə bilər. Məsələn, deyə bilər ki, “Mən çıxıram, gedirəm, ayrı yerdə ev alıram. Mənim payıma uyğun olaraq pulumu istəyirəm”. İlk növbədə digər tərəfə bu təklif edilir. Əgər razılaşırsa, payın dəyərini ödəyir və həmin tərəf evdən çıxır. Yox, əgər razılaşmırsa və “Mən satmaq istəmirəm, mən razı deyiləm” deyirsə, bu halda məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə qaydasında əmlak hərrac yolu ilə satılaraq tərəfin öz payına uyğun vəsaiti əldə etməsi təmin oluna bilər”.
Aysel
Rəsmi şəkildə boşanmış şəxslərin eyni evdə yaşaması qanunvericilik baxımından hansı qaydalarla tənzimlənir? Tərəflərin yaşayış sahəsindən istifadə, əmlak və digər hüquqları necə müəyyən edilir?
Məsələ barədə Median.Az-a açıqlama verən vəkil Rəşad Əliyev deyib ki, tərəflər arasında nikah pozulan zaman və ya nikah pozulmamışdan əvvəl tərəflərdən birinin müraciəti əsasında məhkəmə qaydasında birgə nikah dövründə əldə olunmuş əmlak üzərində pay hüquqları müəyyən oluna bilər:
“Nikahın pozulması zamanı tərəflərdən biri əmlak bölgüsü ilə bağlı da müraciət edə bilər. Əmlakın kimin adına rəsmiləşdirilməsinin burada fərqi yoxdur. Mənzil ərin də, arvadın da adına ola bilər. Əsas məsələ həmin əmlakın tərəflərin birgə nikah dövründə əldə etməsidir. Bu halda hər iki tərəfin həmin əmlak üzərində pay hüququ mövcuddur. Məsələn, bir mənzil varsa, nikahın pozulması zamanı tərəflərdən birinin müraciəti əsasında məhkəmə onların pay hüququnu müəyyən edə bilər. Tutaq ki, mənzildə tərəflərin hər birinin 50 faiz pay hüququ müəyyən olunur. Bundan sonra tərəflər həmin mənzildə birgə yaşamaq istəyirlərsə və bunun üçün şərait varsa, hər ikisi mülkiyyətçi kimi orada yaşaya bilər”. Vəkil qeyd edib ki, hər birinin mənzil üzərində 50 faiz pay hüququ olur:
“Əgər birgə yaşamaları mümkün deyilsə və tərəflərdən biri həmin mənzilin satılmasını istəyirsə, ilk növbədə digər tərəfə öz payını almağı təklif edə bilər. Məsələn, mənzil 100 min manat dəyərində qiymətləndirilirsə, tərəflərdən biri öz payını digər tərəfə satmağı təklif edə bilər və digər tərəf həmin payı ala bilər. Əgər digər tərəf razılaşmırsa, satmaq istəyən tərəfin məhkəməyə müraciət edərək əmlakın hərrac qaydasında satılması və öz payına uyğun vəsaiti əldə etməsi ilə bağlı iddia qaldırmaq hüququ var. Amma bütün hallarda məsələ tərəflər arasında razılaşmadan asılıdır. Belə razılaşma yoxdursa, məsələlər məhkəmə qaydasında həll olunur. Əgər tərəflər eyni evdə yaşamağa davam edirlərsə, məsələn, dördotaqlı evin iki otağında ana uşaqlarla, bir otağında isə ata yaşayırsa və tərəflərin bir-birindən narazılığı yoxdursa, bu halda hər hansı əlavə proses baş vermir. Lakin məsələn, ata yenidən evlənirsə və evə başqa bir qadın gətirirsə, artıq birgə yaşamaq mümkün olmaya bilər. Bu halda digər tərəf öz payını tələb edə bilər. Məsələn, deyə bilər ki, “Mən çıxıram, gedirəm, ayrı yerdə ev alıram. Mənim payıma uyğun olaraq pulumu istəyirəm”. İlk növbədə digər tərəfə bu təklif edilir. Əgər razılaşırsa, payın dəyərini ödəyir və həmin tərəf evdən çıxır. Yox, əgər razılaşmırsa və “Mən satmaq istəmirəm, mən razı deyiləm” deyirsə, bu halda məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə qaydasında əmlak hərrac yolu ilə satılaraq tərəfin öz payına uyğun vəsaiti əldə etməsi təmin oluna bilər”.Aysel