Mojo.az Banner
14:34 Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu  |     14:27 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU - FOTO  |     14:26 655 karat brilyantı Bakıya gətirmək istədilər  |     14:24 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR  |     14:12 Kişi ondan borc istəyən arvadını döydü  |     14:08 Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır  |     13:25 Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir  |     13:16 Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib - VİDEO  |     13:03 Argentinada bütün oyunlar Messiyə görə DAYANDIRILACAQ  |     12:49 Mal ətinin qiyməti yenidən artdı - VİDEO  |     12:44 Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? - VİDEO  |     12:38 Nepal faciəsində diqqətçəkən detal: Əhaliyə niyə gec xəbərdarlıq edilib?  |     12:25 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı  |     12:18 Estoniyanın müdafiə naziri istefa verdi  |     12:03 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib  |     12:02 Avtobuslarda “brutto müqavilə” sistemi nədir? – Sərnişin üçün nə dəyişəcək?  |     11:57 Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi  |     11:20 4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb  |     11:10 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     11:05 Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu  |    
Left Banner
Right Banner

Daşınmaz Əmlakın Dövlət Reyestrinə salınmayan qanunsuz tikili barədə qanunla qərar verilə bilər? - AÇIQLAMA

15.03.2024 15:41 1 218
Daşınmaz Əmlakın Dövlət Reyestrinə salınmayan qanunsuz tikili barədə qanunla qərar verilə bilər? - AÇIQLAMA
“Qarşılaşdığımız suallardan biri də nikah dövründə özbaşına inşa edilən hər hansı tikilinin aqibəti ilə bağlı olur. Bu gün ölkədə 100 minlərlə özbaşına tikili var. Əgər nəzərdə tutulan tikilidə hər iki tərəfin yaşaması mümkündürsə, yaşayacaqlar. Yox, tərəflərdən biri digərinə mane olacaqsa, köçürülmə ilə bağlı iddia qaldırılarsa, məhkəmə bu iddianı təmin edəcək”.

Bu barədə oxu.az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” təqdim edilən və qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.

O bildirib ki, əgər obyektiv hər hansı səbəbdən tərəflərin birgə yaşaması mümkün deyilsə, yaşaması mümkün olmayan şəxs birgə nikah dövründə tikiliyə sərf edilən xərcin yarısını tələb edə bilər:

“Bu, məhkəmə praktikasında da olmuş prosesdir. Bu qayda sözügedən əmlak Daşınmaz Əmlakın Dövlət Reyesterində olmasa da, keçərlidir. Lakin belə məhkəmə qərarları heç bir halda həmin əmlaka hüququ tanıyan və ya əmlakın qeydə alınmasını əsas verən qərar hesab edilməyəcək. Sadəcə olaraq bu, ər-arvad arasında əmlak bölgüsünü və mübahisəli məsələləri həll edən addım olacaq. Bu gün ölkədə özbaşına inşa edən tikililərə vəsait sərf edilir, insanlar yaşayır. Məhkəmənin bu qədər geniş yayılmış fakta qanuni olmadığı üçün tənzimləmirəm, qiymət vermirəm deməsi həyat təcrübəsinə uyğun olmazdı deyə, bu məqam da plenum qərarında nəzərə alınıb”.скачать dle 11.3
Mojo.az Banner