Mojo.az Banner
SON DƏQİQƏ
22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qərbdən fərqli olaraq: Azərbaycanlılar niyə nikah müqaviləsi bağlamır?

31.10.2018 12:32 3 864
Qərbdən fərqli olaraq: Azərbaycanlılar niyə nikah müqaviləsi bağlamır?
Nikaha daxil olarkən cütlüklər arasında sevgi hissi nə qədər güclü olsa da, hər zaman ehtimal var ki, onlar arasında sevgi bitə və xoşbəxt ailədə mübahisələr, anlaşılmazlıqlar və bunların nəticəsində boşanmalar ola bilər. Boşanma zamanı nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi hər tərəfi narahat edir.

Məlumdur ki, Qərbdə nikaha daxil olma zamanı tərəflər nikah müqaviləsi bağlayırlar, bu, boşanma zamanı əmlakın bölüşdürülməsi məsələsini hüquqi yolla həll etməyə kömək edir.

ABŞ-da və bir çox Avropa ölkələrində bu, ümumi qəbul edilmiş təcrübədir və orada nikaha girənlərin 70 faizi bu müqaviləni bağlayır.

Oxu.Az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, Amerika və ya Fransada, misal üçün, nikah müqaviləsində hətta uşaqlarla bağlı məsələlər də razılaşdırılır: boşanmadan sonra kim uşağa tərbiyə verəcək, kim onu məktəbə aparacaq, kim onu maddi cəhətdən təmin edəcək.

“Nikah müqaviləsi tərəflər arasında nikah və bundan sonrakı dövrdə əmlak və qeyri-əmlak məsələlərini tənzimləyir. O, əmlakın istifadəsi, sahibliyi və satışı məsələlərinin həllinə kömək edir”, - müsahibimiz bildirib.

E.Səfərov qeyd edib ki, nikaha daxil olma zamanı hər iki tərəf icrası məcbur olan normaların qeyd edildiyi nikah müqaviləsini bağlaya bilər.

Qərbdən fərqli olaraq, Azərbaycanda nikah müqaviləsinin bağlanması geniş xarakter daşımır.

Ekspertin sözlərinə görə, nikah müqaviləsini illik təxminən 100 nəfər bağlayır ki, bu da, ümumi nikaha girənlərin hətta 1 faizi belə etmir (2017-ci ildə Azərbaycanda 62 923 nikah qeydə alınıb – red.).

“Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımır. Təəssüf ki, bizdə bir çox ailələr bu məsələ ilə bağlı xeyli gec – zəruri sənədlərin tərtibatı və məhkəmə çəkişməsində xeyli maddi xərc çəkdikdən sonra fikirləşirlər”, - departament rəhbəri bildirib.

Eyni zamanda, belə bir fikir var ki, nikah müqaviləsinin bağlanması ailədə romantik münasibətlərin dağılmasına səbəb ola bilər.

Ancaq E.Səfərov bunu təkzib edib və deyib ki, nikah müqaviləsi münasibətlərə müsbət təsir göstərə və ailə ittifaqını möhkəmləndirə bilər.

“Bu cür müqavilənin bağlanması nəinki ölkədə boşanmaların sayını azalda (2017-ci ildə 14 514 boşanma – red.) bilər, hətta ailədə psixoloji münaqişələrin yaranmasının qarşısını alacaq və ailə münasibətlərini möhkəmləndirəcək. Əgər tərəflər nikah bağlamaq istəyirlərsə, müqavilə yalnız onların xeyrinə olacaq: əmlak bölgüsündə problem olmayacaq, çünki onlar əmlak öhdəliklərini əvvəlcədən üzərinə götürüblər”, - E.Səfərov qeyd edib.//oxu.azскачать dle 11.3

Son xəbərlər