Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham olunur?

01.08.2024 18:25 2 496
Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham olunur?
Yazıçı Şəmsiyyə Bəylərqızının (Rzayeva) yenidən həbs olunmasının detalları məlum olub.

"Qaynarinfo"nun məlumatına görə, o, qohumu Sadiq Hüseynova qarşı 52 000 manatlıq dələduzluqda ittiham edilib.

Barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib.

Belə ki, Şəmsiyyə Bəylərqızı 2022-ci ildə qohumu Sadiq Hüseynovdan 35 min manat alaraq, onu Qarabağda gedən tikinti işlərinə nəzarət komissiyasının üzvü kimi işə düzəldəcəyinə söz verib.

Şəmsiyyə Bəylərqızı, həmçinin sələmə pul götürmək adı ilə Sadiq Hüseynova məxsus ümumilikdə 15 000 manat dəyəri olan brilyant qaşlı 26 qramlıq qızıl boyunbağını, 40.4 qramlıq qızıl tros boyunbağını, 22 qramlıq moruq formalı qızıl boyunbağını, qızıl yaxalığı, İtaliya istehsalı olan qızıl qolbağını, işıqfor formalı brilyant qızıl sırğanı, paxlava formalı qızıl brilyant üzüyü, 1898-ci il istehsalı olan "Nikolay" dövründən qalmış üzərində "1911-ci il" yazılmış qızıl onluq sikkəni, 5 ədəd "Nikolay dövrü"ndən qalmış üzərilərində "1901-ci il", "1902-ci il", "1901-ci il", "1889-cu il" və "1899-cu il" yazılmış qızıl beşlik sikkələri ələ keçirib. Bir neçə il keçməsinə baxmayaraq, Şəmsiyyə Bəylərqızı nə qohumunu işə düzəldib, nə də ondan aldığı qızılları geri qaytarıb. Sadiq Hüseynov sonda anlayıb ki, Şəmsiyyə Bəylərqızı onun ümumilikdə 52 500 manat pulunu mənimsəyib.

Məhkəmənin qərarı ilə Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və o, 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs 2024-cü il iyunun 3-dən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Xatırladaq ki, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü olan Şəmsiyyə Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat yoldaşı olub. Bir müddət sonra səfir arvadını onun 741 min dollarını mənimsəməkdə günahlandırıb. Şəmsiyyə Bəylərqızı bu ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilib və 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.

Son xəbərlər