Mojo.az Banner
17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

AMB COP29-la bağlı planlarını elan edib

31.07.2024 16:12 1 569
AMB COP29-la bağlı planlarını elan edib
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar".

"Report" xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib.

"Birinci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm "yaşıl" istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyən edilməsi və hüquqi infrastrukturun yaradılması daxildir.

İkinci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu da xüsusən bank sektoruna aiddir.

Üçüncü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir.

Dördüncü istiqamət ümumilikdə ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır. Biz COP-29-la bağlı gündəliyimizi sürətləndirmişik və bəzi işləri önə keçirmişik", - deyə o qeyd edib.

"Sessiya ilə bağlı digər məsələ bu tədbirə ev sahibliyi edən ölkə kimi təşəbbüslərin formalaşdırılmasına dəstək verməkdir. Burada banklar və "Bakı Fond Birjası" QSC ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyə AMB rəsmisi əlavə edib.скачать dle 11.3
Mojo.az Banner