Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçəllikdən şirin qurtuluş: Saçların uzanmasını sürətləndirən təbii vasitə

30.07.2024 13:22 1 782
Keçəllikdən şirin qurtuluş: Saçların uzanmasını sürətləndirən təbii vasitə
Alimlər təsadüfən keçəlliyin yeni müalicə yolunu kəşf ediblər. Belə ki, orqanizmdə mövcud olan təbii şəkərin (2dDR) saç uzanmasına kömək edə biləcəyi aşkar olunub.

Median.Az
-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Şeffild Universiteti və Pakistan COMSATS Universitetinin alimləri uzunmüddətli tədqiqatlardan sonra elan ediblər.

Mütəxəssislərin sözlərinə görə, əslində tədqiqatda məqsəd keçəlliyin müalicəsini tapmaq olmayıb. Onlar 2dDR şəkərinin yaraların sağalmasını nə dərəcədə sürətləndirə biləcəyini öyrənməyə çalışıblar.

2dDR-ni heyvanların dərisinə gel şəklində tətbiq etdikdən sonra isə alimlər müalicə olunan sahələrdə tük böyüməsinin sürətləndiyini, həmçinin tük gövdələrinin qalınlığı və sıxlığının əhəmiyyətli dərəcədə artdığını görüblər. Məlum olub ki, bu faydalı effekt 2dDR-nin saç follikullarını qidalandıran yeni qan damarlarının böyüməsini stimullaşdırmaq qabiliyyəti ilə bağlıdır.

Sonrakı araşdırmalar göstərib ki, şəkər əsaslı gel və minoksidilin 20 gün istifadəsindən sonra kişi tipli keçəlliyi olan siçanlarda tük örtüyü 80-90% bərpa olunub.

Alimlər qeyd ediblər ki, gələcəkdə 2dDR əsaslı vasitələr alopesiyanın müalicəsində klinik praktikaya daxil ola bilər.

Son xəbərlər