Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Geyim üstündə bıçaqlanma: "Banditə oxşayırsınız"

16.07.2024 11:50 1 914
Geyim üstündə bıçaqlanma:
Bu ilin fevralında Ordubad rayonunun Dəstə kəndində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhim kürsüsündə 2006-cı il təvəllüdlü Namiq Zeynalov (ad-soyad şərtidir) əyləşib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, bıçaqlanmaya səbəb Vüqar Quliyevin (ad-soyad şərtidir) onun geyiminə lağ etməsi olub.

"Kənddə məktəbə tərəf gedəndə bizə söz atdı. Dedi ki, "Bu nə geyimdir geyinmisiniz? Banditə oxşayırsınız". Fikir vermədən yola davam etdik. Amma arxamızca gəlib yenə eyni sözləri təkrarladı: "Vorzakon" kimi, bandit kimi geyinmisiniz, lap adam vuranlara oxşayırsınız. Bu nə geyimdir kənddə geyinmisiniz?".

Bundan sonra tərəflər arasında ciddi mübahisə yaşanıb və nəticədə yeniyetmə Vüqar Zeynalovu bıçaqlayıb.

Zərərçəkmiş şəxs isə müalicəsinin xərclərinin qarşılandığını, qarşı tərəfdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmünə əsasən Namiq Zeynalov üç il müddətinə azadlıqdan məhrum edilib. Cinayət törədərkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilib və ona bir il altı ay sınaq müddəti müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner