Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vəzifəli şəxs münasibətdə olarkən fotosunu çəkən tələbə sevgilisini BOĞARAQ ÖLDÜRDÜ

03.09.2024 11:53 1 770
Azərbaycanda vəzifəli şəxs münasibətdə olarkən fotosunu çəkən tələbə sevgilisini BOĞARAQ ÖLDÜRDÜ
Ötən ilin dekabrında Abşeron rayonu ərazisində öldürülən 1994-cü il təvəllüdlü Nailə Quliyevanın (ad-soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.

Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinə görə, onların arasında münasibət olub və Nailə Quliyeva bundan sui-istifadə edib. Məmmədovun iddiasına görə, Nailə onu münasibətdə olarkən çəkdiyi foto ilə şantaj edib və bu, davamlı hal alıb. Təqsirləndirilən şəxs bildirib ki, şantaj nəticəsində hətta çalışdığı kollecdən istefa vermək məcburiyyətində qalıb.

Hadisə günü isə S.Məmmədov şəxsi avtomobili ilə Abşeron rayonu ərazisində hərəkətdə olarkən Nailə onu öz maşını ilə təqib edib. Bu zaman qadın S.Məmmədovun avtomobilinə arxadan bir neçə dəfə zərbə endirib. Daha sonra avtomobili saxlayaraq Nailə Quliyevaya yaxınlaşan şöbə müdiri, tələbəni boğaraq qətlə yetirib.

O, daha sonra polisə zəng edərək adam öldürdüyü barədə məlumat verib.

Son xəbərlər