Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb

15.07.2024 19:39 1 404
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 347,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 8,6 % çoxdur.

İkinci yerdə 308 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 82,2 % çoxdur.

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306 manat olmaqla Quba tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.

Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 223,9 manata (+15,1 % ), Bakıda 208,5 manata (+ 39,1 %), Lənkəranda 183,6 manata (- 28,3 %), Qaxda 161 manata (+ 20 %), Şəmkirdə 157 manata (+ 27,7 %), İsmayıllıda 156,6 manat, Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-93,9 %), Şəkidə 71,1 manat ( - 72,8 %) başa gəlib.

Son xəbərlər