Mojo.az Banner
21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər 5 min il əvvəl Avropa əhalisini məhv edən vəbanın mənşəyini aşkarlayıblar

12.07.2024 19:03 1 446
Alimlər 5 min il əvvəl Avropa əhalisini məhv edən vəbanın mənşəyini aşkarlayıblar
Danimarkanın Kopenhagen Universitetinin alimləri Şimali Avropa əhalisinin təxminən 5 min il əvvəl geniş miqyasda məhv olmasının səbəbini müəyyən ediblər.

Bu barədə araşdırma "Science" elmi jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, daş dövrünə aid kənd təsərrüfatı icmaları vəba epidemiyasının qurbanı olub.

Neolit çöküşü kimi tanınan fəlakətin mənşəyi uzun müddətdir ki, elmi ictimaiyyətdə müzakirə mövzusudur.

Yeni araşdırmada Skandinaviyada tapılan insan dişlərinin və sümüklərinin DNT-si təhlil edilib. Tədqiqatçılar 108 nəfərin qalıqlarını təhlil ediblər. Onların 17 %-i ölüm zamanı taun xəstəliyinə yoluxublar.

Mütəxəssislər müəyyən ediblər ki, vəba bakteriyasının son ştammı əvvəlkilərdən daha yoluxucu olub və insandan insana keçib.

Eyni patogenin sonrakı forması eramızın 6-cı əsrində Yustinian, 14-cü əsrdə Avropa, Şimali Afrika və Yaxın Şərqi viran edən və on milyonlarla insanın ölümünə səbəb olan qara vəbaya səbəb olub.скачать dle 11.3
Mojo.az Banner