Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sevgilisi qadın həkimi şantaj etdi: "Videonu ərinə və oğluna göndərəcəyəm"

04.07.2024 12:49 1 506
Bakıda sevgilisi qadın həkimi şantaj etdi:
Azərbaycanda məşhur xəstəxanalardan birinin qadın həkimi şantaj edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həkimin yaxın münasibətdə olduğu kişi sonradan ona hədə-qorxu gəlməyə başlayıb.

Ramin Əkbərov (ad və soyad dəyişdirilib-red) planlı şəkildə həkim xanımla səmimi olduğu anın görüntülərini çəkib. Sonradan isə həmin videonu qadının ərinə və oğluna göndərəcəyini deyib. R.Əkbərov həkimi və ailəsini əvvəldən tanıdığı üçün xanımın onun hədə-qorxularından çəkinəcəyinə əmin olub.

Zərərçəkmiş şəxs isə videonun yayılacağı halda rüsvay olacağını düşünərək qarşı tərəfin tələblərini yerinə yetirib. Bundan sonra Raminə müxtəlif vaxtlarda 10 min dollar, 10 min manat və fərqli məbləğlər olmaqla ümumilikdə 42 min manat pul verib. Həkim ifadəsində deyib ki, onu şantaj edən şəxsə verdiyi pulları məcbur qaldığı üçün bankdan kredit götürüb.

Bir müddət sonra Ramin başqa cinayətə görə həbs edilib. Lakin o, həbsdə olduğu vaxt da həkimi şantaj edib, yanına sovqat gətirməsini istəyib. Həkim xanım isə yenə də çəkinərək onun yanına gedib, istədiyi şeyləri aparıb.

Zərərçəkmiş şəxs bir müddət sonra bankdan götürdüyü krediti ödəyə bilməyib. Digər tərəfdən də hədə-qorxular davam etdiyi üçün polisə şikayət edib.

R.Əkbərova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, zərərçəkmişi və ərini çoxdan tanıdığını, nəyə görə sonradan ondan belə bir ittihamla şikayət etdiyini bilmədiyini deyib.

Son xəbərlər