Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI

17.04.2025 16:42 882
Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI
Lənkəranda qadın keçmiş sevgilisi tərəfindən şantaj edilib. Qadını şantaj edən şəxs subay olduğunu deyib, lakin iki övladı var imiş.

Median.Az
Musavat.com-a istinadla xəbər verir ki, 29 yaşlı Qasım (ad şərtidir) Lənkəranda təhsil alan tələbə Esmira (ad şərtidir) ilə tanış olub. Onlar arasında sevgi münasibətləri 2021-ci ildən başlayıb.

Qasım tanışlıq zamanı Esmiraya subay olduğunu deyib. Onlar Lənkəranda kirayə mənzillərdə, otellərdə görüşüblər, münasibətdə olublar. Həmin zaman Qasım Esmiranın fotolarını çəkib və mobil telefonunda saxlayıb.

Esmira Qasımın evli və iki uşaq atası olduğunu bilsə də onunla əlaqəni kəsməyib. Bunu isə Qasımı sevməsi ilə əlaqələndirib. Amma 2024-cü ildə Esmira nişanlanıb. Bunu eşidən Qasım Esmiranı şantaj etməyə, ondan pul istəməyə başlayıb.

Qasım Esmiraya deyib ki, tələb etdiyi pulu verməsə, onunla olan fotolarını qardaşına və nişanlısına göndərəcək. Esmira əvvəlcə Qasıma istədiyi pulu verib. Esmira sonradan Qasımla münasibətləri yaxşı saxlamağa çalışıb ki, şantaj edilməsin. Nişanlı ola-ola Qasımla münasibəti davam etdirib.

Bir müddət sonra Qasımla Esmiranın münasibətləri pozulub. Bundan sonra Qasım yenidən Esmiranı şantaj etməyə başlayıb. İlk dəfə Esmiradan 600 manat pul almağı bacaran Qasım bu dəfə 700 manat istəyib. Esmira isə pulunun olmadığını deyib. Bundan sonra Qasım Esmiranın fotolarını onun nişanlısına göndərib.

Esmira buna görə Qasımdan şikayətçi olub və ona ağır cəza verilməsini istəyib.

Qasım saxlanılan zaman onun ayağında elektron qolbaq olub. Çünki 2023-cü ildə narkotik istifadəsinə görə azadlığın məhdudlaşdırılması cəzası almışdı.

Törətdiyi əmələ görə Qasıma qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. İttiham görə Qasım saxlanılan zaman onun üzərindən narkotik vasitə də aşkar edilib.

Qasım bu əməllərinə görə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər