Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə intihar edən 20 yaşlı qız şantaj edilirmiş - TƏFƏRRÜAT

20.05.2021 13:59 1 986
Şəkidə intihar edən 20 yaşlı qız şantaj edilirmiş - TƏFƏRRÜAT
Şəki rayonunda bir neçə gün öncə intihar edən 20 yaşlı Gülər Mehdiyevanı (şərti) şantaj etməkdə təqsirli bilinən sevgilisi İ. M. həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Gülər və həmkəndlisi, 2001-ci il təvəllüdlü İ. M.-lə bir müddət sevgili olublar və həmin zaman qız özünün şəxsi fotolarını mesaj vasitəsilə sevgilisinə göndərib. Müəyyən vaxtdan sonra isə Gülər 20 yaşlı sevgilisindən ayrılmaq istəyib.

İ. M. isə ayrılacağı təqdirdə qızı həmin fotolarını yaymaqla şantaj edib. Gülər bu təhdidlərə dözməyərək özünü öldürəcəyini bildirib. Sevgilisi ona “get, öldür” tərzində cavab verib.

Bütün bunlardan və şantajdan sonra G.Mehdiyeva mayın 12-də yaşadıqları evin həyətində özünü ağacdan asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı onu sevgilisi İ. M.-ın şantaj edərək intihar etməsinə səbəb olduğu məlum olub.

İ. M. saxlanılaraq ifadəsi alınıb və dünən, mayın 18-də istintaqın təqdimatı ilə Şəki rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib, o, istintaq təcridxanasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner