Mojo.az Banner
16:45 Robert Koçaryan həbsdə qaldı  |     16:30 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər  |     16:28 Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq  |     16:27 Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi  |     15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu: Deputatlığa namizəd olubmuş

14.06.2025 13:48 702
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu: Deputatlığa namizəd olubmuş
Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Məsləhət Zərbalıbəylinin məhkəmə prosesi başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, eyni zamanda narkotik vasitlərin qanunsuz dövriyyəsində ittiham olunan deputatlığa keçmiş namizədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, 38 yaşlı M.Zərbalıbəyli Bakıda yerləşən dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışan G.Nəsirova (şərti) ilə sevgili olub. O, 2022-ci ildən etibarən həmin qadını intim görüntüləri ilə şantaj edərək müxtəlif vaxtlarda ümumilikdə 42 min manata yaxın pul alıb. Məsləhət G.Nəsirova ilə telefonda kobud formada, söyüşlərdən istifadə etməklə danışıb və ona kart hesabı göndərərək pul ödəməsini tələb edib. Əks halda Səbail rayonu Şıxov qəsəbəsindəki istirahət mərkəzində birgə olduqları vaxt lentə alınmış görüntüləri onun ərinə, qardaşına və oğluna göndərəcəyini deyib.

Zərərçəkmiş şəxs qismində tanınmış G.Nəsirova ifadəsində Məsləhətlə aralarında sevgi münasibəti olduğunu bildirib: "Həkim işləyirəm. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı mənim qəbulumda olarkən onunla tanış olmuşuq və münasibətimiz yaranıb. Təklikdə görüşüb birgə çay içib, çörək yemişik. Ailə üzvlərimin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmayıb".

G.Nəsirova sonradan ifadəsini dəyişərək pulları keçmiş sevgilisinə borc kimi verdiyini deyib. Bundan başqa qadının Məsləhətin həbsindən sonra təcridxanaya gedərək onunla görüşməsi və sovqat aparması da müəyyən edilib. O, qarşı tərəfin niyə söyüşlə və kobud şəkildə danışması, pulu niyə tələb etməsi ilə bağlı suala isə, Məsləhətin kobud danışan şəxs olduğunu və bunu normal qarşıladığını, onunla aralarında borc pul məsələsi olması kimi izah edib.

İstintaq həkimin təqsirləndirilən şəxsin hədə-qorxusundan çəkindiyi üçün bu addımları atması qənaətinə gəlib.

İfadə verən şahidlər M.Zərbalıbəylinin müxtəlif qadınlarla tanış olaraq münasibət yaratdığını və daha sonra onları şantaj etdiyini bildirib.

Məhkəmə Məsləhət Zərbalıbəylini Cinayət Məcəlləsinin 182.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə təqsirli bilib. Məhkəmənin 30 may tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib.

Qeyd edək ki, M.Zərbalıbəyli 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. O, bir neçə il əvvəl Bakıdakı hotellərdən birində gənc qıza təcavüzdə ittiham edilərək həbs olunub. Həmin cinayət işi üzrə M.Zərbalıbəylinə bəraət verilib və həbsdən azad edilib.скачать dle 11.3
Mojo.az Banner