Mojo.az Banner
13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda müğənni həbs edildi

21.06.2024 22:59 984
Azərbaycanda müğənni həbs edildi
2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub.

Publika.az-ın məlumatına görə, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş.

Bildirilib ki, o, qumar oyunlarına pul qoyduğuna görə borca düşüb və buna görə oğurluq, quldurluq kimi əməllərə əl atıb. V.Cəfərov gecə saatlarında gizli şəkildə evlərə girərək oğurluq edirmiş. İki dəfə isə Vüsal evdə yaşayan şəxslərlə qarşılaşdığından onlara qarşı quldurluq edərək qaçıb.

Baş vermiş müəmmalı hadisələrə görə xüsusilə Yenikənd kəndində uzun müddət həyəcanlı vəziyyət yaranıb və əhali təşviş keçirib.

Vüsal Cəfərov polis tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177 və 181-ci (Oğurluq və quldurluq əməlləri) maddələri ilə cinayət işi açılıb.

İyunun 7-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vüsal Cəfərova hökm elan edilib. O, məhkəmədə günahsız olduğunu, baş vermiş hadisələrin boynuna qoyulduğunu iddia edib.

Məhkəmənin hökmü ilə gənc müğənni doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner