Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

DTA: ”Tavuşun Tovuz kimi getməsi Booking.com-un texniki səhvidir”

20.06.2024 22:17 1 092
DTA: ”Tavuşun Tovuz kimi getməsi Booking.com-un texniki səhvidir”
Xəbər verdiyimiz kimi "Booking.com" saytında Azərbaycanın Tovuz rayonu Ermənistan ərazisi kimi göstərilib.
 
Qaynarinfo məsələni araşdırmaq üçün Dövlət Turizm Agentliyi ilə əlaqə saxlayıb.
 
Dövlət Turizm Agentliyindən (DTA) "Booking.com"da Azərbaycanın Tovuz rayonunun Ermənistanın ərazisi kimi göstərilməsinə aydınlıq gətirərək bildirilib ki, bu, texniki qüsurdur. "Ermənistanın Tavuş rayonuna aid turizm məkanlarının orfoqrafik səhv olaraq "T'ovuz” yazılaraq axtarışa verilməsi platformanın özü ilə bağlı olan texniki qüsurdur", - deyə açıqlamada qeyd edilib.

Açıqlamada daha sonra bildirlir ki, DTA tərəfindən mütəmadi olaraq bu kimi xarici və beynəlxalq səyahət platformalarında monitorinqlər aparılır, yanlış olaraq qeyd edilmiş və ya təhrif edilmiş məlumatlar üzrə müvafiq düzəlişlərlə bağlı digər aidiyyəti dövlət qurumları ilə birgə rəsmi müraciətlər göndərilir: "Platformada aidiyyəti üzrə axtarış edərkən siyahıda çıxan qonaqlama vasitələrinin yerləşdiyi əraziyə baxmaq üçün "Show on map" butonuna klik etdikdə açılan xəritədə Ermənistanın Tavuş rayonunun ərazisini görmək mümkündür”. 


Son xəbərlər