Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur turizm saytından Azərbaycana qarşı təxribat - Dövlət Turizm Agentliyi hara baxır? (FOTO)

19.06.2024 21:59 885
Məşhur turizm saytından Azərbaycana qarşı təxribat - Dövlət Turizm Agentliyi hara baxır?  (FOTO)
Məşhur onlayn bronlaşdırma resursu "Booking.com"da Azərbaycana qarşı təxribat diqqəti çəkib.
 
Qaynarinfo-nun məlumatına görə, saytda yerləşdirilmiş Azərbaycanın xəritəsində səhvlərə yol verilib.

Belə ki, "Booking.com" saytında Tovuz  şəhəri Ermənistanın ərazisi kimi qeyd olunub.
 


Nədənsə bu cür nöqsan və təxribatların aradan qaldırılmasına cavabdeh olan qurumlar, xüsusən də Dövlət Turizm Agentliyinin bundan xəbəri yoxdur və ya görməməzlikdən gəlir.

Qeyd edək ki, 2018-ci il 21 sentyabrda yaradılan Dövlət Turizm Agentliyi turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini həyata keçirən orqandır.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, "Booking.com" özü xəritə servisi deyil, amma bu məsələ araşdırılmalıdır:

"Booking.com"un xəritəsi olmamalıdır. Düşünürəm ki, hansısa bir şirkətin atdığı xəritədən istifadə edir. Yəni oradan servis alır".

O, sözügedən şirkətin xəritələrində problem olduğunu hesab edir:

"Ümumiyyətlə, II Qarabağ müharibəsindən əvvəl və sonra hətta beynəlxalq təşkilatların, şirkətlərin də xəritələrində müəyyən çatışmazlıqlar var idi. Daha sonra azərbaycanlıların və Azərbaycan hökumətinin təkidi, eyni zamanda beynəlxalq hüquqa görə onlar Azərbaycanın suverən torpaqları ilə bağlı qeydlərini düzətdilər. Amma hər bir halda biz bilməliyik ki, məsələn, bəzi şəhər, rayon, kənd adlarını portallar özü tənzimləyir. "Google", "Yandex" və onun kimi onlarla xəritə portalları var. Amma rayon, şəhərlərin işərisində parklar, digər yerləri isə insanlar özləri işarələyirlər. Hər hansı kəndin, şəhərin adı, ölkəyə aid olan atributlar var, hansı ki, beynəlxalq hüquqla tənzimlənir. Onların adlarının səhv olması təxribat da olar bilər, yaxud da yaddan çıxmış kimi də hesab edilə bilər. Amma nəticə etibarı ilə onlar düzəldilməlidir".

Elvin Abbasov əlavə edib ki, bu gün dünyanın ən böyük "Google", "Yandex" kimi şirkətlərində Azərbaycana aid hüquqlar təmin olunub:

"Amma ola bilər ki, həqiqətdən təxribata yol verən və ya erməni lobbisinə işləyən kiçik saytlar var. Bunlar bizim üçün çox onəmli deyil. Önəmli olan "Google", "Yandex" və başqa böyük portallardır".


скачать dle 11.3
Mojo.az Banner